Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:17

İraq bir aya 4 milyard dollarlıq neft satıb


İraq təkcə yanvar ayında 4 milyard dollarlıq neft satıb. Ölkə həmin ayda 60 milyon barrel neft satıb. Neft Sənayesi Nazirliyinin sözçüsü bildirib ki, ölkənin cənubunda Körfəzdəki Bəsrə terminalından 45 milyon barrel neft ixrac edilib.

Şimaldakı Kərkük terminalından isə 14.7 milyon barrel neft satıb.

Hazırda İraqda gündəlik neft hasilatı 2.4 milyon barreldir. Bunun iki milyon barreli xaricə satılır.

İraq pulunun 85 faizini neftdən qazanır. O, dünyada ən böyük neft ehtiyatları olan üçüncü ölkədir. 115 milyard barrel neft ehtiyatı ilə İraq yalnız Səudiyə Ərəbistanı və İrandan geri qalır.
XS
SM
MD
LG