Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:28

«Təhsil Nazirliyi ən varlı nazirliklərdən biridir»


«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
«Təqaüd yaşına çatan insanlar əgər nazirliyə, dövlətə hörmətləri varsa, özləri işlərini tərk etməlidirlər».

«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev belə deyir. «İşdən sonra» proqramında Təhsil Nazirliyinin yaş islahatları müzakirə olunub. Etibar Əliyev deyir ki, ən əsas məsələ odur ki, insanlar bu addımları könüllü şəkildə atmalıdırlar. Əgər onlar uzun müddət nazirlikdə çalışırlarsa, getmək məsələsində də xoş münasibətlər olmalıdır.

Etibar Əliyev deyir ki, təqaüd yaşına çatan insanların vəzifədən uzaqlaşdırılması iqtisadi böhranla əlaqədar deyil:

«Günah Təhsil Nazirliyindədir. Ölkədə prezident sərəncamı ilə təhsil siyasətinin həyata keçirilməsi Təhsil Nazirliyinə həvalə olunub. Bu məsələ böhranla əlaqədar deyil. Təhsil Nazirliyi hazırda ən varlı nazirliklərdən biridir».

Yaş islahatları təhsildə nəyisə dəyişəcək?

PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG