Gəncənin Natəvan qəsəbəsində 600-ə yaxın ailə 20 gündür ki, susuz qalıb.
Qəsəbə sakini Məmməd Alıyev deyir ki, ümumiyyətlə qəsəbəyə 10-15 gündən bir su verilir. Axırıncı dəfə bu müddət 25 günədək uzanıb. Qəsəbə sakinləri su idarəsinə dəfələrlə müraciət etsələr də, nəticəsi olmur.
Gəncə Su Kanal Törəmə Cəmiyyətinin baş mühəndisi Məmməd Hüseynov isə deyir ki, əraziyə indiyədək Alüminium Zavoda verilən borudan su verilirdi. Ona görə də bu kimi problemlər tez tez baş verir.
M.Hüseynov deyir ki, qəsəbə sakinlərinə özləri artezian qazdırsalar, idarə ərazini su ilə təmin edə bilər. Əks halda Natəvan qəsəbə sakinləri susuz qalacaq.
Bu gün su çərşənbəsidir.