Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:47

NATO baş katibi Həmid Kərzayiyə başsağlığı verib


NATO Baş katibi dinc sakinlərin ölümü ilə əlaqədar Əfqanıstan hökumətinə başsağlığı verib. Bazar günü beynəlxalq qüvvələrin səhvən endirdiyi hava zərbəsi dinc sakinlərin olduğu maşın karvanına dəyib. 27 nəfər ölüb.

Əfqanıstan hökuməti hava hücumunu pisləyib.

NATO bəyanatında bildirib ki, hərbçilər səhv edərək, maşınlarda yaraqlıların olduğunu güman edərək zərbə endirib.

NATO komandiri Cen Stenli Makkristal fevralın 22-də Əfqanıstan prezidenti Həmid Kərzayi ilə görüşüb və «dinc sakinlərin faciəvi itkisi ilə əlaqədar» üzr istəyib.
XS
SM
MD
LG