Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

31 dindarın məhkəməsində zərərçəkmişlər dindirilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşının məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Azər Orucov sədrlik edir.

Bugünkü məhkəmə iclasında zərərçəkmiş qismində İlham Əmirli, Qalib və Seymur Tanrıverdipur qardaşları dindirilib. Onlar Sumqayıt şəhərindəki silahlı basqınla bağlı ifadə veriblər. İlham Əmirli atışma zamanı ayağından, Seymur Tanrıverdipur gözündən, qardaşı Qalib ayağından yaralandığını deyib.

Bu epizod üzrə dəstə üzvləri Asif Əmikişili, Firdovsi Quliyev və Mahir Allahverdiyev təqsirləndirilir. İttihama görə, onlar ötən il Sumqayıtdakı valyutadəyişmə məntəqəsinə silahlı basqın ediblər.

Məhkəmə prosesi martın 2-də davam edəcək.

31 dindar Azərbaycandan kənarda qanunsuz silahlı birləşmələrdə təlimlər keçməkdə və Çeçenistanda rus qoşunlarına qarşı vuruşmaqda, terror hazırlamaqda və digər ağır cinayətlərdə təqsirləndirilirlər. Onlar ötən il həbs olunublar.

Ötən il yerli KİV-də dəstənin başçısı Azər Misirxanovun Əfqanıstanda koalisiya qüvvələri tərəfindən öldürüldüyü barədə məlumat yayılıb.
XS
SM
MD
LG