Türkiyədə 50-ə yaxın ordu komandanı istintaqa cəlb olunub. Onlar dövlət çevrilişinə cəhddə ittiham olunurlar. Həbs olunanların azı 14-ü indiki və keçmiş yüksək səviyyəli ordu zabitidir.
Prokurorluq bildirib ki, hərbçilər 7 il əvvəl qarışıqlıq yaratmaq məqsədilə partlayışlar törətməyi planlaşdırırmış.
İki ildir prokurorluq «Ergenekon» şərti adı verilən qrupun çevriliş planlarını araşdırır, hələ ki, heç kimə hökm oxunmayıb.Tənqidçilərin fikrincə hökumət gizli sövdələşmə ilə bağlı məlumatlardan istifadə edib müxalifətin müqavimətini qırmağa çalışır.
Türkiyədə 1960-cı ildən 1997-ci ilə qədər 4 həbrbi çevriliş olub.