Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Daşkəsəndə meşə yanğınının səbəbi açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində baş verən yanğına səbəb ovçuların atdıqları söndürülməmiş siqaret kötüyü olub.

İki gün əvvəl olan yanğın 0,75 hektar sahəni əhatə edib və meşə fonduna ciddi ziyan dəyməyib.

Son zamanlar Respublika ərazisində hava şəraitinin küləkli olmasını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqları mühafizə etmək üçün əhalini bir daha odla ehtiyatlı olmağa çağırır.
XS
SM
MD
LG