«Elələri vardı ki, İkinci Dünya müharibəsində döyüşlərdə igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adı almışdı. Amma müharibədən sonra evinə dönüb ailəsini yerində tapmırdı. Hamını Stalin Orta Asiyaya sürgün etmişdi».
Bu acı tarixçəni çeçenlər sürgün mövzusunda söhbət etdikləri hər kəsə danışırlar.
Fevralın 23-ü Stalinin Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasından xalqı sürgün etməsinin 66-cı ildönümüdür. O zaman Sovet İttifaqının rəhbəri çeçen və inquşların almanlarla əlaqələrindən şübhələnib bu xalqları bütövlükdə öz vətənindən sürgün etmişdi. Tarixçilər 496-650 minə qədər çeçen və inquşun Qazaxıstan, Qırğızıstan və Sibirə köçürüldüyünü deyirlər.
AzadlıqRadiosunun Şimali Qafqaz redaksiyasının rəhbəri Aslan Dokuyev bildirir ki, o dövrdə almanlar fiziki olaraq gəlib Çeçenistan ərazisinə çıxmamışdılar. Yalnız paraşütlərlə kəşfiyyatçılar və təxribatçılar gəlib çıxırdı ki, çeçenlər də onları az qala hər çala-çuxurda axtarırdılar. Səbəb isə almanlarla əməkdaşlıq deyil, paraşüt idi:
«Əslində çeçenlər alman paraşütçülərinə hücum etmişdilər. Bilirsiniz, aclıq dövrü idi, yeməyə, içməyə bir şey yox idi. Çeçenlər də bu paraşütlərdən özlərinə çadır düzəltmək istəyirdilər. Bu, onlar üçün olduqca qiymətli bir material idi. Ona görə də onlar paraşütçüləri tuturdular».
Aslan Dokuyev deyir ki, sürgün siyasi mənsubiyyətindən, dini dünyagörüşündən asılı olmayaraq, bütün çeçen və inquşları birləşdirən yeganə məsələdir.
Çeçenistanın indiyə qədərki bütün rəhbərləri Rusiyadan bu sürgünlərə görə təzminat tələb ediblər. Amma Rusiya Təhsil Nazirliyi çeçen uşaqlarına öyrətdiyi kitablarda bu hadisənin miqyasını kiçiltməyə çalışır:
«Elə qələmə verməyə çalışırlar ki, guya çox da ciddi bir hadisə baş verməyib, dramatik bir şey deyil və s. Guya yalnız almanlarla əməkdaşlıq etmiş bir qrup cəzalandırılıb».
12 il Orta Asiya və Sibirdə sürgün həyatı yaşamış, bu şəraitə dözməyib çoxları həlak olmuş çeçen və inquşlar yalnız 1956-cı ildə - Stalinin ölümündən sonra bəraət alıb evlərinə dönə bildilər. Sovet lideri Nikita Xruşov Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayındakı çıxışında qeyd etdi ki, Stalinin əmri ilə sürgün edilən xalqlar, o cümlədən də çeçen və inquşlar əslində günahsızdırlar. Sağ qalanlar evlərinə qayıtdılar.
Əlbəttə, almanlarla əməkdaşlıq ittihamı ilə köçürülənlər təkcə inquşlar və çeçenlər deyildilər. Stalin müharibənin ilk illərində ölkənin qərb ərazilərindən rumınları, polyakları, yunanları qovdu. Krımdan tatarlar, Gürcüstandan Məhsəti türkləri də sürgün edildilər.
Tarixçi alim Ataxan Paşayev deyir ki, müharibə illərində azərbaycanlıların da köçürülmələri barədə Kremldə ideyalar dolaşırmış. Amma neft azərbaycanlıları sürgündən qoruyub:
«Müharibə vaxtı da məsələ qalxıb. Amma neftə görə bu mümkün olmayıb. Çünki neft sənayesində işləyənlərin əksəriyyəti azərbaycanlılar idi. Köçürmə söhbəti qalxanda, deyiblər ki, onda neft sənayesi bata bilər. Onda da heç Stalinin bu qələbəsi də olmazdı».
Ataxan Paşayev deyir ki, müharibə illərində olmasa da, az sonra azərbaycanlılar da Stalin sürgününün acılarını yaşayıblar. Stalinin 1947-1948-ci illərdə verdiyi qərarlarla Ermənistandan 100 min nəfərdən çox azərbaycanlı Sovet Azərbaycanının Kür-Araz ovalığına köçürülüb. 1953-cü ilə qədər davam etmiş bu köçürmənin səbəbi kimi də xaricdən ermənilərin Ermənistana köçürülməsi zərurəti göstərilib.
Alim yaxınlarda bu mövzuda kitab da çap etdirib.