Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:38

Düzəliş


Elmira Axundova
Elmira Axundova
Fevralın 18-də Azadlıq Radiosunun «Kontekst» verilişində səslənən «Parlamentdə seçki küləyi» reportajında qeyri-dəqiqliyə yol verilib.

Reportajın «Milli Məclisin üzvü Elmira Axundova da AzadlıqRadiosuna müsahibəsində demişdi ki, YAP parlamentdə keyfiyyət dəyişikliyi etməlidir. Onun fikrincə, artıq parlamentdə Zeynəb Xanlarovalara, Əhəd Abıyevlərə yer yoxdur» hissəsinin son cümləsində Hüseyn Abdullayev əvəzinə Zeynəb Xanlarovanın adı verilib. Adların səhv düşməsi diqqətsizlik üzündən baş verib.

Elmira Axundovaya olan istinad onun "İşdən sonra" proqramında səsləndirdiyi aşağıdalı fikirlərdən götürülmüşdu.



Elmira Axundova Azadlıq Radiosu ilə əlaqə saxlayıb, fikirlərinin təhrif olunmasından narahatlığını ifadə edib. Onun dedikləri ilə burada tanış olun.




Yol verilmiş diqqətsizliyə görə dinləyicilərdən, Elmira Axundovadan, eləcə də yazıda adı çəkilən şəxslərdən üzr istəyirik.

XS
SM
MD
LG