«Vaşinqton Gürcüstana minnətdardır. Minnətdardır ki, NATO-nun bəzi Avropa üzvlərindən fərqli olaraq Gürcüstan Əfqanıstandakı döyüş əməliyyatlarından yayınmır».
Bunu Amerikanın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk Tbilisidə deyib.
Paytaxt yaxınlığındakı Krtsanisi hərbi bazasına gələn Holbruk prezident Saakaşviliyə minnətdarlıq edib ki, Gürcüstan əsgərləri Amerika, Britaniya və Kanada əsgərləri kimi Əfqanıstandakı NATO komandanlığına tabedirlər, öz milli komandanlıqlarına yox.
Bəzi milli komandanlıqlar isə öz əsgərlərini döyüşlərdən yayındırırlar.
4,4 milyonluq Gürcüstan Əfqanıstana göndərdiyi əsgərlərin sayının əhali sayına nisbətinə görə, dünyada birinci yerə çıxır.
Riçard Holbruk Gürcüstana buna görə də öz minnətdarlığını bildirib.
Hazırda Gürcüstanın Əfqanıstanda 170 əsgəri var. Rəsmi Tbilisi Əfqanıstana daha 800 əsgər göndərəcək.
Holbruk Mixeil Saakaşvilinin başqa bir təklifini isə ehtiyatla qarşılayıb.
Saakaşvili təklif edir ki, Əfqanıstana silah-sursat daşınmasında Gürcüstan əsas yollardan biri olsun.
Holbruk deyib: «Biz bu təklifi çox ehtiyatla araşdırırıq. Çünki silah-sursat daşınması çox mürəkkəb məsələdir».