Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:51

Britaniya ilə Argentinanın münasibətlərini pisləşdirən adalar


Fevralın 22-i Britaniyaya məxsus firmanın Argentinanın ciddi etirazlarına baxmayaraq, Folklənd adaları yaxınlığında neft qazıntılarına başlayacağı gözlənilir. Bu, 1982-ci ildə Folklənd adaları uğrunda müharibə aparmış Argentina ilə Britaniya arasında gərginliyə səbəb olub.

1982-Cİ İLİN QANLI MÜHARİBƏSİ

Argentinanın şərq sahillərindən 450 km. uzaqlıqda yerləşən Kiçik Folklənd adaları 1833-cü ildən Britaniyanın tabeçiliyindədir. Lakin Argentina da bu adalara iddia edir. Onlar bu ərazini «Molvinas adaları» adlandırırlar. Argentinanın 1982-ci ildə bu adalara müdaxiləsi iki ölkə arasında qısa, lakin qanlı müharibəyə səbəb olmuşdu. Həmin vaxt 900 nəfər ölmüşdü.

Ötən həftə Argentina prezidenti Kristin Kiçner xüsusi fərman imzalamışdı. Bu fərmana görə, Argentinanın ərazi sularından keçərək Folklənd adalarına gedən istənilən gəmi icazə almalıdır. Məqsəd Britaniyanın neft kəşfiyyatı işlərinə əngəl yaratmaqdır.

Latın Amerikası və Karib hövzəsi ölkələrini birləşdirən Rio Qrupunun dövlət başçılarının bugünkü sammitində Argentina prezidentinin çıxışı gözlənilir. O, nitqində Britaniyanın neft qazıntılarına başlamasını pisləyəcək.

Əvvəllər Rio Qrupu Argentinanın ərazi iddiasını dəstəkləmişdi.

«ƏMİN OLUN Kİ, ARGENTİNA TƏK QALMAYACAQ»


Artıq Venesuela Argentinaya dəstəyini bildirib. Prezident Uqo Çaves bunları deyib:

«İndi İngiltərə Argentinanı yenidən hədələyir. Amma vəziyyət dəyişib. Xanım Kraliça, indi vəziyyət başqa cürdür. Biz indi 1982-ci ildə yaşamırıq. Argentinaya təcavüz olsa, əmin olun ki, Argentina tək qalmayacaq. Argentina həm də bizim vətənimiz sayılır».

Argentinanın 1982-ci ildə bu adalara müdaxiləsi iki ölkə arasında qısa, lakin qanlı müharibəyə səbəb olmuşdu
Argentina bildirir ki, Britaniya BMT-nin mübahisəni dialoq yolu ilə həll etmək barədə qətnamələrinə məhəl qoymur. Ölkənin xarici işlər naziri Jorc Taina bildirib ki, Britaniya tarixi keçmişindən qalmış bu müstəmləkə vəziyyətini aradan qaldırmaq üçün dialoq aparmalıdır.

FOLKLƏNDDƏKİ XAM NEFT 60 MİLYARD DOLLAR DƏYƏRİNDƏ QİYMƏTLƏNDİRİLİR

Ekspertlər Folklənd adaları yaxınlığındakı xam nefti 60 milyard dollar dəyərində qiymətləndiriblər. Bu, Britaniyanın tərəqqisinə 25 il xidmət etmiş Şimal dənizinin neft ehtiyatı qədərdir.

Neft kəşfiyyatına başlayan «Diza» şirkətinin sözçüsü BBC-yə deyib ki, onlar neft kəşfiyyatı ilə məşğuldur. Şirkətin Argentinanın BMT-yə şikayət etdiyi məsələlərə heç bir aidiyyatı yoxdur. Neft qurğuları da müstəsna olaraq Britaniya suları ərazisindədir.

Argentina bildirir ki, təkcə Folklənd adaları yox, ondan 200 km. o yana olan yerlər də onun ərazi sularına aiddir.

Bu gün Folklənd adalarının ingilis dilində nəşr olunan «Pinqvin Nyus» qəzetinə hakerlər hücum edib. Səhifədə Argentinanın bayrağı yerləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG