Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Yol polisindən şikayətlər haqqında


Sual: qaynar xett varsa mümkünsə nömresi, ümumiyyətlə şikayətlərlə bağlı hara müraciət etmək olar?

Cavab: YPX inspektorun inzibati qaydada qeyri qanuni hərəkətlərindən DİN Baş DYPİdarəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, DYP əməkdaşlarının hərəkətlərindən Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Qanunun 6-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq məhkəməyə şikayət etmək hüququnuz vardır.

***

Sual: Mən nəzərdə tutulan yerdə avtomobili ötmə əməliyyatı apardım və DYP işçisi ilə üz-üzə gəldim o məni saxladı və bütöv xətdə keçdiyimi dedi və sürücülük vəsiqəmi aldı və yazdı.

Cavab: YPX inspektorun inzibati qaydada qeyri-qanuni hərəkətlərindən DİN Baş DYP İdarəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.


***

Sual: Salam. DYP emekdasi surucunu haqsiz olaraq cezalandirirsa, bu halda surucu ne etmelidi? 2ci sualim bundan ibaretdirki, eyer surucu DYP emekdasinin tertib etdiyi protokolla razilasmayaraq, protokola imza atmirsa imzasiz protoklla surucuye yazilmis cerim tetbiq edilirmi?

Cavab: YPX inspektorunun qeyri-qanuni hərəkətləri barədə komandiri və ya rəisinə müraciət etməlisiniz. İnzibati xəta haqqında protokol hal şahidlərinin iştirakı ilə tərtib olunmuşsa protokola uyğun YHQ pozuntusuna görə cərimə ödənilməlidir.

****

Sual: DYP bir killometr saxlanışdan əvvəl hansısa yol hərəkəti pozuntusunu səbəb gətirirsə(yol nişanı pozuntusu), nə ilə onu sübut edə bilər və sürücü öz haqqını necə qoruya bilər?

Cavab: YPX inspektorun inzibati qaydada qeyri qanuni hərəkətlərindən DİN Baş DYP İdarəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, DYP əməkdaşlarının hərəkətlərindən Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Qanunun 6-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq məhkəməyə şikayət etmək hüququnuz vardır.

***

Sual: Yol hərəkəti haqqında qanunda (517-IQ) deyilir ki, 3 saat ərzində avtomobilin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış DYP əməkdaşının yanında saxlanılır, belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış avtomobil onun sahibinə qaytarılır. Bu qanuna əsasən sücülük vəsiqəsi evdə unudulsa və DYP əməkdaşı tərəfindən saxlanılsa, avtomobil DYP əməkdaşının yanında qalmaq şərti ilə 3 saat ərzində sücülük vəsiqəsi təqdim edilsə, saxlanılmış avtomobil onun sahibinə yerindəcə qaytarılmalıdırmı?

Cavab: Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi 3 saat ərzində təqdim edilərsə, və ya pozuntuya görə inzibati tənbeh verildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

****

Sual: Salam. Men 16.08.08-tarixinde saat 23-30 radelerinde Nerimanov rayonunda hec bir qayda pozuntusu etmeden aftomasinimi idare eden zaman 529 nomreli yol polisi emekdawlari terefinden aftomasinim saxlanilib. Onlardan hansi qaydani pozdugumu soruwan zaman mene dedilerki artiq sernisin dasimaya gore, arxada 4 nefer oturub ona gore. Ve men protokola imza atdim. Onlardan Suruculuk vesiqemi Nerimanov YPI-nen goturem zaman ne qeder cerime vereceyimi ve suruculuk vesiqeme balin duweceyini soruwdum 529-nomreli Ypx-nin emekdasi "AGEYEV" mene bele cavab verdi: "Bal dusecek, pendir dusecek bilmirem" -deye cavab verdi. Her bir polisin mence haqqidir vetendasin suallarini cavablandirmaq. Evvelceden tesekkurler...

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 56-cu maddəsinin IX-cü hissəsinin tələbinə müvafiq olaraq, 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktiki kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kutlənin kəmiyətindən artıq olmamalıdır) adamların daşınması qadağan edilir. Bu qayda pozuntusuna görə İXM 151.2 maddəsinə müvafiq olaraq 20-40 manat miqdarında cərimə nəzərdə tutulmuş və 3(üç) balla qiymətləndirilir.

***

Sual: Salam. DYP ishcisi surucunu yolda saxlayib ve onun surete gore radara dushduyunu bildirirse,radara dushen fotoshekili teqdim etmeden protakol tertib ede biler?Eger yox,onda surucunun hugugu nedir?Qabaqcadan teshekkurumu bildirirem.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, avtomotik işləyən sürət ölçən cihazın yəni radarın göstəricisinə əsasən YPX-nin inspektoru tərəfindən protokol tərtib edilir və radarın göstəricisi yəni fotoşəkil xidmətin sonunda tərtib edilmiş protokola əlavə olunur.
XS
SM
MD
LG