Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:35

Sürücü vəsiqəsi və digər sənədlər haqqında suallar


Sual: bc üçün imtahandan kəsildiyim gün ikinci imtahanı verə bilərəmmi ?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7(yeddi) gündən tez buraxıla bilməz,


***

Sual: Dövlət qeydiyyat nişanı və dövlət qeydiyyat şəhadətnaməsinin alınması üçün lazımi prosedurlar və bu prosedurların dövlət rüsumlarını bizə ətraflı şəkildə başa salsanız şad olarıq. İndidən təşəkkkürlər.

Cavab: «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur.

-dövlət qeydiyyat (o, cümlədən tranzit) nişanları üçün - 18manat
-qeydiyyat şəhadətnaməsi üçün - 15 manat

Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:

-avtonəqliyyat vasitələri üçün - 10 manat;
-motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün - 5 manat.

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına görə-20manat

Eyni zamanda avtomobillərin alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsi zamanı onun texniki baxışdan keçirilməsi təmin olunmaqla mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2qəpik yol vergisi tutulur.

***

Sual: Salam. Bilmək istəyirəm əgər avtomobil atanın adinadırsa və ata eyni ünvanda yaşayan oğula generalnı etibarnamə verərsə qeydiyyat şöbəsində peçat vurdurmağa ehtiyac varmı?

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 27-ci maddəsinin XIII-cü hissəsinəmüvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi etibarnamə üzrə başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənəd əsasında pasport qeydiyatında olduğu ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsindəqeydiyyatdan keçirilməlidir.

Sual: masinin addan ada kecirilmesi ucun ne qeder dovlet rusumu alinmalidir

Cavab: «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur.

-dövlət qeydiyyat (o, cümlədən tranzit) nişanları üçün – 18 manat

-qeydiyyat şəhadətnaməsi üçün – 15 manat

Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:

-avtonəqliyyat vasitələri üçün – 10 manat;

-motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün – 5 manat.

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına görə-20manat

Eyni zamanda avtomobillərin alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsi zamanı onun texniki baxışdan keçirilməsi təmin olunmaqla mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20manat+ mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2qəpik yol vergisi tutulur.

***

Sual: 10 ildir ki surucu ishleyirem,"BC" kateqoriyam var. D kateqoriyasi almaq uchun yol hereket qaydalarindan nezeri imtahanlarda ishtirak etmeliyem? ya sadece olaraq praktiki imtahanla kifayetlenecem?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Qanunun 33-cü maddəsinə müvafiq olaraq nəqliyyat vasitələrini idarə etmək sahəsində 3(üç) ildən az təcrübəsi olan, habelə axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları idarə etməyə buraxılmırlar (D» kateqoriyalı sürücülük vəsiqəsi verilmir)

Əlavə olaraq bildiririk ki, «D» kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər. Kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə arayışı, nəqliyyat vasitələrini idarə etmək sahəsində 3(üç) ildən çox təcrübəsi olması barədə arayış, axırıncı iki il ərzində insanlara xəsarət yetirilməməsi və ya onların ölümü ilə nəticələnməməsi barədə arayış, yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olmaması barədə arayış və şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsinə (pasport qeydiyyatında olduğu ərazi üzrə) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları vermək üçün təqdim olunur.

Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verdikdən sonra «D» kateqoriyalı sürücülük vəsiqəsini ala bilərsiniz.

***

Sual: Men bilmek isteyirem ki suruculuk vesiqesi almaq uchun her hansi mektebe muraciet etmishemse evvelce rusum odemek teleb olunurmu? bir de imtahanda 10 sualdan minimum necesine cavab vermey teleb olunur?

Cavab: Sizin sorğunuza cavab olaraq bildiririk ki, sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli (rüsumların ödənilməsi barədə məlumatı öyrənmək üçün tədris kurslarına mürasiət etməyiniz tövsiyə olunur) və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər. Kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə arayışı və şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsinə (pasport qeydiyyatında olduğu ərazi üzrə) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları vermək üçün təqdim olunur.

Yol hərəkəti qaydaları üzrə nəzəri imtahanı vermək üçün ən azı doqquz suala cavab vermək lazımdır.

***

Sual: Sürücülük vəsiqəsini itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə müvafiq olaraq 30-40 manat miqdarda cərimə nəzərdə tutulur. Cərimə nəyə əsasən minimum yaxud maksimum hesablanır?

Cavab: sürücülük vəsiqəsinin itirilməsinə görə İXM-nin müvafiq maddəsində nəzərdə tutulan cərimə sanksiyası tətbiq olunarkən həmin məcəllənin 33 və 34-cü maddələrində göstərilən, inzibati xətaya görə məsuliyyətin yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır.

***

Sual:
Salam. Menim qeydiyyatim Sabirabad rayonunadir, ozum Bakida yasayiram, imtahan vermek ucun men mutleqdir ki, Sirvan rayonuna gedim,hansisa bir rusum odemekle men Bakida imtahan vere bilmerem? Eger bileremse bu rusumu her imtahanda odemeliyem ve ne qeder mebleginde? sag olun

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki,mövcud qaydalara görə Siz daimi və ya müvəqqəti pasrort qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində imtahan verə bilərsiniz.

***

Sual: Qeyd edilən ədəbiyyatı - Ə.Talıbovun kitabını haradan əldə etmək olar.

Cavab: Ə.Talıbovun “Test-İmtahan çalışmaları-II” kitabını kitab mağazalarından aldə edə bilərsiniz.

***

Sual: Salam.Mənim qeyiyyatım Mingəçevir şəhərinədir, amma Bakıda yaşayıram.Mən Sürücülük Vəsiqəsini özüm oxuyub almaq istəyirəm. Ola bilərmiki,mən avtomobil məktəbinə getmədən birbaşa Baş Dövlət Yol Polisi İdarəsinə gəlim və "BC" kateqoriyalı Sürücülük Vəsiqəsi üçün lazım olan ilkin sənədləşməni və dövlət rüsumunu orada ödəyim.Əgər mümkündürsə,o, halda mən hansı sənədləri gətirim və bu kateqoriya üçün rüsum nə qədərdir? və birdə imtahanları Yevlaxda yox Bakıda vermək olarmı? DYP-si Idarəsinə təşəkkür edirəm.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki,mövcud qaydalara görə Siz nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsini daimi və ya müvəqqəti pasrort qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində ala bilərsiniz.

***

Sual: Salam! Aile heyati gurdum ve soyadimi deyishdirdim, suruculuk vesigem var, onu deyishdirmek ucun hansi senedler ve dovlet rusumun ne qeder oldugunu oyrenmek isterdim. Teshekkur edirem.Sagolun

Cavab: Sizin sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 35-cı maddəsinə əsasən soyadınızın dəyişdirilməsi ilə əlaqadar olaraq sürücülük vəsiqənizi dəyişdirmək üçün daimi və müvəqqəti pasport qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrinə müraciət etməlisiniz.

Sürücülük vəsiqənizi dəyişdirmək üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlisiniz:
- «Sürücülərin Tibbi Müayinə Mərkəsindən» keçməsi haqqında tibbi arayış;
- şəxsiyyət vəsiqəsi;
- sürücülük vəsiqəsi;
Sürücülük vəsiqəsi blankının dəyəri 16 manatdır.

****

Sual: NIYE SUSELERIN QARALDILMASINA ICAZE VERILMIR BIRDEKI, NIYE USAQLARA MASIN SURMEYE ICAZE VERLIMIR? AXI USAQLAR BOYUKLERDEN YAXSI SURUR.

Cavab: «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçiları yol hərəkəti qaydalarına riayyət etməli, bu Qanunun yol hərəkəti təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

«Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır. Bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.

«Yol hərəkəti haqqında» Qanunun 33-cü maddəsinə müvafiq olaraq «B» kateqoriyalı yəni A kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmə hüququ 18 yaşdan yaranır.

***

Sual:
Salam men Goycay sheherinde yasayiram men 1987-ci ilde rusiyada suruculuk vesiqesi almisam men 2008 ci ilin yanvarinda rusiya ucotundan cixmisam men suruculuk vesiqesini orada almisam menim vesiqemin muddeti 2009 cu ilde biltecek indi bilmek isterdim men vesiqeni tezelemek ucun imtahan vermeliyem ya yox ve ya dovlet rusumu vermeliyemse tezelemek ucun rusum ne qederdir cox sagolun

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu Milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərsüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.
«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, sürücülük vəsiqələrinin verilməsi üçün imtahanların qəbuluna görə -20 manat dövlət rüsumu müəyyən edilmişdir. Sürücülük vəsiqəsi blankının dəyəri isə -16 manatdır.

***

Sual: Salam. Mən orta və ali məktəbi rus böıməsində oxuduğum üçün sürücülük vəsiqəsini almaq üçün imtahanı rus dilində vermək istəyirəm. Bu mümkündürmü?

Cavab: Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində yol hərəkəti qaydaları üzrə nəzəri imtahanın suallarını kompüterdə rus dilində yerləşdirilmişdir.

***

Sual: Ə.Talıbovun “Sürücülük vəsiqəsi almaq üçün imtahanlara hazırlıq testləri” kitabını və disklərini haradan almaq olar?
Cavab: Ə.Talıbovun “Test-İmtahan çalışmaları-II” kitabını kitab mağazalarından ala bilərsiniz

***

Sual: Salam. Avtomobil vasitəsini yalnız sürmək üçün sahibindən notarius təsdiqli etibarnamə alsam avtomobili yaşadığım ünvana qeydiyyata saldırmalıyam mi?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Qanunun 27-ci maddəsinin XIII-cü hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi etibarnamə üzrə başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənəd əsasında pasport qeydiyatında olduğu ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsində qeydiyyatdan keçirilməlidir.

***

Sual: Rusiya federasiyasinin vetendasiyam.azerbaycanliyam.Suruculuk vesiqemin vaxti qurtarmaq uzeredir.Onu Azerbaycanda nece deyisdire ve ya yeniden ala bilerem?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu Milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərsüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.

***

Sual: Salam. Sürücülük vəsiqəsi aldiğım zaman hansi müddətə qədər adima mashin olmadıqda vəsiqə etibarsız sayila bilər. Yoxsa belə bir qayda mövcud deyil? Vəsiqənin vaxtı bitdikdə yenidən imtahan verməyə ehtiyac varmı, yoxsa ancaq dövlət rüsumlarını ödəməklə kifayətlənirik? Təşəkkürlər.

Cavab: müvafiq qanunvericiliyə uyğun olaraq sürücülük vəsiqəsinin müddəti bitdikdə onu dəyişdirmək üçün yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğunuz ərazi üzrə) Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrinə müraciət etməlisiniz.
Sürücülük vəsiqənizi dəyişdirmək üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlisiniz:
- «Sürücülərin Tibbi Müayinə Mərkəzindən» keçməsi haqqında tibbi arayış;
- şəxsiyyət vəsiqəsi;
- sürücülük vəsiqəsi

***

Sual: salam.masalli vetendashiyam chevrolet lacetti mashina nomre almaq isteyirem,hardan ve neceye ala bilerem?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki,mövcud qaydalara görə Siz pasrort qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində avtomobilinizi qeydiyyata qoyaraq nömrə ala bilərsiniz.

***

Sual: Mənim qeydiyyatım Füzuli rayonuna, müvəqqəti yaşayış yerim Sumqayit şəhəri. Mənim sürücülük vəsiqəm Səbail rayonunda yazılmışdır. Müvəqqəti icazə vərəqəsini (Talonu) itirmişəm, Sürücülük vəsiqəm isə Füzuli rayon yol polis idarəsindədir. İndi isə Füzuli rayon yol polis idarəsi məndən talonu tələb edir. Mən nə etməliyəm?

Cavab: Sizin sorğunuza cavab olaraq bildiririk ki, müvəqqəti icazə vərəqəsini itirdiyiniz halda qeydiyyatda olduğunuz rayonun DYP şöbəsinə (bölməsinə) ərizə ilə müraciət etməlisiniz.

***

Sual: Salam DYP. Mən Azərbaycan Texniki Universitetinin nəqliyyat fakultəsinin 4-cü kurs tələbəsiyəm. Tovuz rayonunda doğulduğum üçün orada qeydiyyatdayam. Mən müvəqqəti olaraq universitetin yataqxanasında qeydiyyatdayam. Bilmək istəyirəm Bakı şəhər BDYP-si idarəsindən sürücülük vəsiqəsi ala bilərəm?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki,mövcud qaydalara görə Siz nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsini müvəqqəti pasrort qeydiyyatında olduğunuz Bakı şəhəri Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində ala bilərsiniz.
Sual:

***

Salam. Men sürücülük vəsiqəsini Türkiyədən almışam. Türkiyədə sürücülük vəsiqəsinin her hansı bir müddəti də yoxdu. Vəsiqə oxunmaz və ya yırtılmış hala düşmədikcə yararlıdır. Yuxarıda bir suala bu cür vəsiqələrin 1 il müddətinin olduğunu deyirsiniz. Mən neyneməliyəm. Türkiyədən aldığımı da dəyişdirmək istəmirdim.

Cavab: müvafiq qanunvericiliyə uyğun olaraq əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu Milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərsüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə yeni sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.

***

Sual: Salam! Hörmətli DYP! Mən SV-nin alınması üçün QİK-də nəzəri imtahanı müvəffəqiyyətlə vermişəm. Lakin praktik imtahan qalıb. Bilmək istərdim ki, imtahan üçün vaxt məhdudiyyəti qoyulubmu? Yəni elə bir müddət varmı ki, həmin müddət ərzində imtahanı verilməzsə təkrar nəzəri imtahan verməli olacam? Öncədən təşəkkürümü bildirirəm! Çox sag olun! Hörmətlə Mir_Rəhman

Cavab: Sizin sorğunuza cavab olaraq bildiririk ki, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanın verilməsinə sayca heç bir məhdudiyyət qoyulmayıb.

***

Sual: Mənim sürücülük vəsiqəm DYP tərəfindən alınmışdır. Bu ayın 30-zu son gün idi vaxtını uzatmaq üçün əlavə pul ödənilməlidir?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, sürücülük vəsiqəsini əvəz edən «müvəqqəti icazə vərəqəsinin» müddəti bitdikdə onun vaxtının uzadılmasına görə heç bir dövlət rüsumu nəzərdə tutulmamışdır.

***

Sual: Salam. Sürücülük vəsiqəsi alan şəxs hansı müddətə qədər adina maşın olmadıqda vəsiqə etibarsız sayılır? Belə bir qayda varmı?

Cavab: adınıza avtomobilin olub-olmamasından asılı olmayaraq sürücülük vəsiqəsinin etibarlılıq müddəti sürücülük vəsiqəsində göstərilən müddətə qədərdir.

***

Sual: Mən Goranboy rayonunda qeydiyyatdayam. Amma Xaçmaz rayonunda müvəqqəti qeydiyyatdayam. Sürücülük məktəbini Xaçmaz rayonunda oxumuşam. Bütün sənədlərin hamısını Xaçmazdan almışam. Bu sənədlərdən başqa məndən Goranboy rayonuna gedib İmtahan məntəqəsindən əvvəllər sürücülük vəsiqəsinə sahib olmadığım haqqında arayış təmin etməmi istəyirlər. Lakin ora getməyə imkanım yoxdur. Xahiş edirəm bu mövzuya aydınlıq gətirəsiniz.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki,mövcud qaydalara görə Siz nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsini daimi və ya müvəqqəti pasrort qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində ala bilərsiniz.

***

Sual: Salam. Mən Azərbaycan vətəndaşıyam. 2002-ci ildə Turkiyə Respublikasından sürücülük vəsiqəsi almişam və həmin vəsiqəylə bir çox ölkələrdə avtomobil sürmüşəm. İndi Bakıda yaşayiram və bilmək istəyirdim ki, həmin vəsiqə ilə mən Azərbaycanda avtomobil sürə bilərəmmi? Yada sürə bilmək üçün nə etməliyəm? Çox sağolun.

Cavab:
müvafiq qanunvericiliyə uyğun olaraq əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu Milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərsüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə yeni sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.

***

Sual: Salam. Sizin sualima cavab verdiyiniz uchun size oz minnetdarligimi bildirirem, ancag Sumqayit sheherinde Qeydiyyat İmtahan Menteqesinde men rus bolmesini bitirdiyim uchun imtahani rus dilinde vermek istediyimi bildirdiyim halda mene dediler ki rus dilinde bizde suallar yoxdur. Xahish edirem bu meseleye aydinlig getiresiniz, ve mene rus dilinde imtahan vermek uchun komeklik gosteresiniz. Inaniram ki Siz mene komeklik gosteresiniz, En xosh arzularimla, Ruslan.

Cavab: Baş DYP İdarəsinin Sumqayıt Qeydiyyat-İmtahan şöbəsində kompüterdə yol hərəkəti qaydaları üzrə nəzəri imtahanın sualları rus dilində yerləşdirilmişdir. İmtahan vermək üçün qeydiyatda olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Sumqayıt Qeydiyyat-İmtahan şöbəsinə müraciət etməlisiniz.

***

Sual: DYP sürücülük vəsiqəsi imtahanlarının obyektiv keçirilməsinə zəmanət verirmi? Şahidi olduğumuz korrupsiya hallarının şikayəti ilə bağlı qaynar xətt vamı? Varsa hansıdır? İmtahan zamanı qarşılaşdığımız haqqsızlıqların aradan qaldırılması üçün nə etməli?Ədalət tələbi ilə yuxarı instansiyalara şikayət hüququmuz təmin olunacaqmı yoxsa hamının bildiyi hər zaman olduğu kimi yenəmi inkaramı məhkumdur?

Cavab: Baş DYP İdarəsinin Qeydiyyat-imtahan məntəqələrində sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar obyektiv şəkildə həyata keçirilir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər. Kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə arayışı və şəxsiyyət vəsiqəsi pasport qeydiyyatında olduğu ərazi üzrə Qeydiyyat-imtahan məntəqəsinə müvafiq imtahanların verilməsi üçün təqdim olunur.
İzah edirik ki, Siz göstərilən imtahanların müvəffəqiyyətlə verilməsindən ötrü müvafiq biliyə yiyələnmək üçün tədris müəssisəsində təşkil olunmuş kurslardan, habelə Ə.Talıbovun“Test-İmtahan çalışmaları-II” kitabından, satışda olan Test-İmtahan çalışmaları ilə bağlı disklərdən yararlana bilərsiniz. Eyni zamanda bildiririk ki, yol hərəkəti qaydalarından nəzəri imtahana düşən suallar 3 iyun 1998-ci ildə qəbul edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddaları əsasında tərtib olunur və onlar mütəmadi olaraq dəyişdirilir. Odur ki, nəzəri biliyin mənimsənilməsi üçün həmin Qanunun 4, 5, 6-cı fəsillərini tam həcmdə öyrənmək tövsiyə olunur. Yuxarıda göstərilən imtahan suallarını tam həcmdə bilən hər bir şəxsə sürücülük vəsiqəsinin alınmasında heç bir maneə ola bilməz.

***

Sual: Türk vətəndaşı Türkiyə Respublikasında aldığı sürücülük vəsiqəsini Azərbaycanda istifadə edə bilərmi

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində vəsiqənin etibarlılıq müddəti 1 (bir) ildən çox olmayaraq qüvvədədir

***

Sual: Sürücülük vəsiqəsi almaq üçün imtahanlar nə vaxt keçirlilir? Hazırlaşmaq üçün hansı ədəbiyyatdan istifadə etmək lazımdır? Mümkündürsə misal göstərin.

Cavab:
sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər. Kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə arayışı və şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsinə (pasport qeydiyyatında olduğu ərazi üzrə) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları vermək üçün təqdim olunur.

İzah edirik ki, Siz göstərilən imtahanların müvəffəqiyyətlə verilməsindən ötrü müvafiq biliyə yiyələnmək üçün tədris müəssisəsində təşkil olunmuş kurslardan, satışda olan disklərdən, habelə Ə.Talıbovun “Sürücülük vəsiqəsi almaq üçün imtahanlara hazırlıq testləri” kitabından yararlana bilərsiniz. Eyni zamanda bildiririk ki, yol hərəkəti qaydalarından nəzəri imtahana düşən suallar 3 iyun 1998-ci ildə qəbul edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında tərtib olunur və onlar mütəmadi olaraq dəyişdirilir. Odur ki, nəzəri biliyin mənimsənilməsi üçün həmin Qanunun 4, 5, 6-cı fəsillərini tam həcmdə öyrənmək tövsiyə olunur.

***

Sual: Men Zerdab rayonunda qeydiyyatdayam. Amma Bakı şəhərinde dövlet idarəsinde işləyirəm. Sürücülük məktəbini Bakıda bitirmişem, amma vəsiqəyə imtahan vermek üçün Ağcabədi rayonuna getməliyəm. Buna ise heç cürə imkanım yoxdur. Yani işdən icazə almaq mümkünsüzdür. Həftənin ancaq bazar günü iş olmur. O vaxt da imtahan yoxdur. İstisna hal kimi mən Bakıda imtahan vere bilerem?

Cavab:
Sorğunuza cavab olaraq bildiririk ki, mövcud qaydalara görə Siz nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsini daimi və ya müvəqqəti pasport qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsində ala bilərsiniz.

***

Sual: Mən sürücülük kursunu 1980-ci ildə Ryazan şəhərində polis akademiyasında oxuduğum vaxt keçmişəm, sürücülük vəsiqəsi almış və sonra Gürcüstanda yaşadığım və polisdə işlədiyim vaxt yenisi ilə dəyişdirmişəm. Hazırda 1997-ci ildən Azərbaycan Respublikasının vətəndaşıyam. Sürücülük vəsiqəsini dəyişdirmək üçün məndən nə tələb olunur ?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu Milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.

***

Sual:
Sürücülük vəsiqəsinin müddəti başa çatdıqdan sonra yenisinin alınması üçün lazım olan dövlət rüsumu nə qədər təyin edilib?

Cavab: sürücülük vəsiqəsini dəyişdirmək üçün yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğunuz ərazi üzrə) Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrinə müraciət etməlisiniz.

Sürücülük vəsiqənizi dəyişdirmək üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlisiniz:

- «Sürücülərin Tibbi Müayinə Mərkəzindən» keçməsi haqqında tibbi arayış;
- şəxsiyyət vəsiqəsi;
- sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsi blankının dəyəri 16 manatdır.

***

Sual: Salam. Mən sürücülük vəsiqəsi almaq üçün hazırlaşıram. Lakin yol hərəkəti təhlükəsizliyinin əsasları bölməsinə aid nəzəri məlumatlarım yoxdur. Bu haqda mənə məlumat versəniz çox razı qalaram. Təşəkkür edirəm.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, imtahanların müvəffəqiyyətlə verilməsindən ötrü müvafiq biliyə yiyələnmək üçün tədris müəssisəsində təşkil olunmuş kurslardan, satışda olan disklərdən, habelə Ə. Talıbovun “Sürücülük vəsiqəsi almaq üçün imtahanlara hazırlıq testləri” kitabından yararlana bilərsiniz. Eyni zamanda bildiririk ki, yol hərəkəti qaydalarından nəzəri imtahana düşən suallar 3 iyun 1998-ci ildə qəbul edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında tərtib olunur və onlar mütəmadi olaraq dəyişdirilir. Odur ki, nəzəri biliyin mənimsənilməsi üçün həmin Qanunun 4, 5, 6-cı fəsillərini tam həcmdə öyrənmək tövsiyə olunur.

***

Sual: Salam, mən "BC" kateqoriyali vəsiqə almaq üçün birinci imtahandan keçə bilmədim. Qeydiyyatım Astara, kursu Bakıda oxumuşam. Neçə dəfə təkrar imtahan verə bilərəm və hansı müddətdən sonra daha imtahanda iştirak etmək olmaz? Təşəkkür edirəm.

Cavab:
yol hərəkəti qaydaları üzrə nəzəri imtahanın verilməsinə sayca heç bir məhdudiyyət qoyulmayıb.


***

Sual: Sürücülük vəsiqəsini alarkən nə qədər dövlət rüsumu ödənməlidir?

Cavab: sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər. Kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə arayışı və şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsinə (pasport qeydiyyatında olduğu ərazi üzrə) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları vermək üçün təqdim olunur.

İzah edirik ki, Siz göstərilən imtahanların müvəffəqiyyətlə verilməsindən ötrü müvafiq biliyə yiyələnmək üçün tədris müəssisəsində təşkil olunmuş kurslardan, satışda olan disklərdən, habelə Ə.Talıbovun “Sürücülük vəsiqəsi almaq üçün imtahanlara hazırlıq testləri” kitabından yararlana bilərsiniz. Eyni zamanda bildiririk ki, yol hərəkəti qaydalarından nəzəri imtahana düşən suallar 3 iyun 1998-ci ildə qəbul edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddaları əsasında tərtib olunur və onlar mütəmadi olaraq dəyişdirilir. Odur ki, nəzəri biliyin mənimsənilməsi üçün həmin Qanunun 4, 5, 6-cı fəsillərini tam həcmdə öyrənmək tövsiyə olunur.

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, sürücülük vəsiqələrinin verilməsi üçün imtahanların qəbuluna görə -20 manat dövlət rüsumu müəyyən edilmişdir. Sürücülük vəsiqəsi blankının dəyəri isə -16 manatdır.

***

Sual: Sürücülük hüququnun məhdudlaşdırılma müddəti başa çatdıqdan sonra sürücülük vəsiqəsi necə alınır?

Cavab: Sürücülük hüququnuzun məhdudlaşdırılma müddəti başa çatdıqdan sonra Siz tibbi müayinədən keçərək arayışı və şəxsiyyət vəsiqənizi ərazi üzrə DYP-nin qeydiyyat imtahan bölməsinə təqdim etməlisiniz.

Sürücülük vəsiqəniz Sizə yol hərəkəti qaydalarından nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra qaytarılacaqdır.

***

Sual: Sürücülük vəsiqəsi almaq barədə məlumat vermənizi xahiş ediərm

Cavab: Yol hərəkəti Haqqında Qanunun 33-cü maddəsinə əsasən aşağıda göstərilən yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi olan və xüsusi imtahan verərək sürücülük vəsiqəsi almış hər bir fiziki şəxs Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

- velisopedi və ya arabanı idarəetmə hüququ 14 yaşından
- Asma mühərrikli velisopedi, mopedi və motosikletləri idarəetmə hüququ 16 yaşından
- Oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən artıq olmayanavtomobilləri idarəetmə hüququ 18 yaşından
- Tramvayları idarəetmə hüququ 20 yaşından
- Traleybusları idarəetmə hüququ 21 yaşından
- Oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarəetmə hüququ 21 yaşından

***

Sual: Yol hərəkəti haqqında qanunda (517-IQ) deyilir ki, 3 saat ərzində avtomobilin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış DYP əməkdaşının yanında saxlanılır, belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış avtomobil onun sahibinə qaytarılır. Bu qanuna əsasən sücülük vəsiqəsi evdə unudulsa və DYP əməkdaşı tərəfindən saxlanılsa, avtomobil DYP əməkdaşının yanında qalmaq şərti ilə 3 saat ərzində sücülük vəsiqəsi təqdim edilsə, saxlanılmış avtomobil onun sahibinə yerindəcə qaytarılmalıdırmı?

Cavab: Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi 3 saat ərzində təqdim edilərsə, və ya pozuntuya görə inzibati tənbeh verildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

***

Sual: Yol polisi məni saxlayır. Mən sənədlərimi unudub evdə qoymuşam. Mən gedib sənədlərimi 20 dəqiqəyə gətirdim. Bununla bağlı cərimə varmı?

Cavab: Nəqliyyat vasitəsini idarə etmək üçün lazım olunan sənədlər 3 saat ərzində təqdim edilərsə, Siz inzibati xəta törətmədiyiniz halda cərimə nəzərdə tutulmamışdır.

***

Sual: Xahiş edirəm ki, Yol nəqliyyat vasitələrinin qeydiyatı və rüsumları barədə məlumat verəsiniz. Məsələn 2008 Hyundai Sonata (19 000AZN) 2lt motor üçün dövlət nişanı ala bilmək üçün bütün xərclər???

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, Siz pasrort qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrinə müraciət edərək rüsumları öyrənə bilərsiniz.

***

Sual: Salam. Zəhmət olmasa deyə bilərsiniz atadan oğula maşın sürmək üçün etibarnamə verildikdə təzədən qeydiyyatdan keçməyə ehtiyac var? Əvvəlcədən təşəkkür edirəm.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Qanunun 27-ci maddəsinin XIII-cü hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi etibarnamə üzrə başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənəd əsasında pasport qeydiyatında olduğu ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-imtahan məntəqəsində qeydiyyatdan keçirilməlidir. Yaxın qohumluq halları istisna təşkil etmir.

***

Sual: əvvala salam.meni maraqlandıran sual nəqliyyat vasitələrinin qeydiyyat nisanini alarkən təqdim edilməli sənədlər və geydiyyat nisaninin alinması qeydiyyat səhaddatnaməsinin alinması və ümumilikdə odənilən dovlət rüsumlarıdir.xahis edirem bu barədə mənə məlumat verəsiniz.eyer bir vətandas xaricdən gətirdiyi hər hansi bir minik avtomobilinə qeydiyyat ni nisani(yeni nomrə alırsa) və texpasport alanda hansi rusumları odəməlidir.hal hazirda dovlət yol polisinin qeydiyyat sobələrində bu prosses ucun 350-425 AZN tələb edilir bu ne derecede duzdur. və bunlar normalda Azərbaycan respublikası "yol hərəkəti haqqında qanuna uygun olaraq neceə edilməlidir".və xahis edirəmki bir azərbaycan vətandası olaraq mənə oz haqlarımı acıq səkildə basa salasınız. Ulu ondərimiz HEYDƏR ƏLİYEV cənablarınında dediyi kimi Azərbaycanda hər kəsin haqları qorunmalı və qovlət qayğısından geri qalmamalıdır. xahis edirəm mənə haqlarımı təfərrüatlı səkildə açıqlayasınız. cavabiniz ucun indidən təsəkkurlər.

Cavab: «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur.
-dövlət qeydiyyat (o, cümlədən tranzit) nişanları üçün-18manat
-qeydiyyat şəhadətnaməsi üçün-15manat
Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
-avtonəqliyyat vasitələri üçün-10manat;
-motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün-5manat.
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsihaqqındamüqavilələrin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına görə-20manat
Eyni zamanda avtomobillərin alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsi zamanı onun texniki baxışdan keçirilməsi təmin olunmaqla mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2qəpik yol vergisi tutulur.

***

Sual: Salam Men suruculuk mektebini Bakida qurtarmisam,kursu qurtardiqdan sonra mektebin mohuru de vurulub,mekteb mohurunden basqa DYP nin hemin sened uzerinde mohuru de olmalidir?,yani men Yevlaxda Imtahan vermek isteyirem Tesekkur edirem

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq tədris kurslarının bitirilməsi haqqında şəhadətnamə Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrində təsdiq olunması üçün (möhür vurulması üçün) təqdim olunur.
Tədris kurslarının bitirilməsi haqqında şəhadətnamə təsdiq olunduqdan sonra daimi və ya müvəqqəti pasrort qeydiyyatında olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsinə müraciət edə bilərsiniz.

***

Sual: Etibarnamələrin müvəqqəti qeydiyyatı üçun dövlet rüsumu tutulurmu? Əger tutulursa hansı normativ-huquqi akt əsasında və hansı məbləğdə? Əvvəlcəden təşekkur edirəm.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, Dövlət rüsumu haqqında Qanunun 18.65.3 maddəsinə müvafiq olaraq, nəqliyyat vasitələrinin etibarnamə əsasında müvəqqəti qeydiyyata alınmasına görə avtomobillər üçün 10 manat miqdarında dövlət rüsumu ödənilməlidir.


***

Sual: Salam. Etibarname alarken qeydiyat unvani eyni yer olduqda, etibarnameye mohur vurdumaqa ehtiyac var? Men sorushmusam kimi deyir var kimi deyir yoxdu. Xaish edirem mene deqiq bildiresiniz.

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 27-ci maddəsinin XIII-cü hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi etibarnamə üzrə başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənəd əsasında pasport qeydiyatında olduğu ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsində qeydiyyatdan keçirilməlidir.
XS
SM
MD
LG