Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Sürət haqqında suallar


Sual: Hörmətli DYP əməkdaşları. Bu saytda yerləşən yol hərəkəti qaydaları haqqında qanunun 50 ci maddəsində minik avtomobillərinin magistralda maksimum sürət limiti 110 km/saatdır (əgər başqa qadağa nişanı yoxdursa). Lakin bəzi məlumatlar verilir ki, magistrallarda bu limit 90 km/saat dır. Xahiş edirəm bunun hansının doğru olduğunu bildirəsiniz. Əvvəlcədən sizə minnnətdarlığımı bildirirəm.

Cavab:
«Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin II hissəsinə əsasən 5.1 «Avtomagistral» nişanı quraşdırılmış yolda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinə saatda 110 km-dən çox olmayan sürətlə hərəkətə icazə verilir.

***

Sual: Azerbaycan Respublikasinda olan avtomagistral yollararindan melumati haradan almaq olar?

Cavab: Azərbaycan Respublikası ərazisində yeganə avtomaqistral yol Zıg-Aereport istiqamətində yeni çəkilmiş 20 km uzunlugunda olan beton örtüklü yoldur.

***

Sual: Salam! Zehmet olmasa izah ederdiz, Surət həddi gostəriən dairəvi nişan yoxdursa Yaşayış məntəqəsində maksimal surət həddi neçədir.Bu Yol Hərəkəti haqqında qanunun hansı maddəsidə gostərilib? Təşəkkurlər Əli

Cavab:
«Yol hərəkəti haqqında» Qanununun 50-ci maddəsinin II bəndinin 1-ci hissəsində deyilir:

Nəqliyyat vasitələri: yaşayış məntəqələri daxilində – saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər.


***

Sual: Salam.Yaşayış məntəqəsində nizamlanmayan 2tərəfli 3zolaqlı boş yolda minik avtomobili hansı zolaq ilə hərəkət edə bilər

Cavab:
«Yol hərəkəti haqqında» Azərbaycan RespublikasıQanunun 49-cu maddəsinin III-cü hissəsinin tələbinə müvafiq olaraq üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.

***

Sual: Mən sürət həddini 35km/saat aşmışam çox xahiş edirem menim cerimemi deqiq deyəsiniz.bilirem 22azn-den 44azn-e qederdir.Mene konkret ve deqiq mebleğ lazımdır.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki,hərəkət sürətinin 35km/saat həddindən artıq aşmasına görə İXM-nin 151.2 maddəsində nəzərdə tutulan cərimə sanksiyası tətbiq olunarkən həmin məcəllənin 33 və 34-cü maddələrində göstərilən, inzibati xətaya görə məsuliyyətin yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır.

***

Sual: Avtobanda sürət limit olmalidirmı? Avtobanda DYP müfəttişinin durmaq ixtiyarı varmı? Sürücülük vəsiqəsini DYP əməkdaşından başqa kimsə almaq hüqüqüna malikdirmi? Çox sağ olun.

Cavab:
«Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin II hissəsinə müvafiq olaraq minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri avtomagistrallarda - saatda 110 km-dən çox olmayan sürətlə hərəkət etməlidirlər.

«Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə DYP əməkdaşları bütün katiqoriyalı yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarəti, stasionar və digər postlarda, eləcədə xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarət etmə vasitələrinin tətbiqi ilə həyata keçirir.

Sürücü yol hərəkəti qaydasını pozmuşdursa, DYP əməkdaşı həmin şəxsin sürücülük vəsiqəsini alaraq haqqında inzibati xəta haqqında protokola əlavə edir. Bu halda DYP əməkdaşı qaydanı pozan şəxsə bir ay müddətinə sürücülük vəsiqəsini əvəz eden xüsusi hazırlanmış və nömrə üzrə DYP əməkdaşlarına verilən ciddi hesabat blankı olan müvəqqəti icazə vərəqi verilməlidir.

***

Sual: Xahiş edirem magistral yolda süret limiti haqqında mənə məlumat verəsiniz. Qabaqcadan təşekkür edirem.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin II hissəsinə əsasən nəqliyat vasitələri:

1. yaşayış məntəqələri daxilində -saatda 60km-dən çox olmayan sürətlə;
2. minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinə yaşayış məntəqələrindən kənarda:

avtomaqistrallarda - saatda 110 km-dən çox olmayan sürətlə;
başqa yollarda - saatda 90 km-dən çox olmayan sürətlə hərəkət etməlidirlər.
XS
SM
MD
LG