Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:39

Siqnallar və rəngli şüşələr haqqında suallar


Sual: siqnallarindan harda istifade etmek olmaz

Cavab:
«Yol hərəkəti haqqında» Qanunun 73-cü maddəsinin XI hissəsinə müvafiq olaraq, səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan halda;

2) yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün.


***

Sual: Salam.size bir sualim var. bizde BMW markali avtomobildi.bizde gara plenka var idi. bizim plenkani sokduler,dedilerki olmaz. amma indi sherde hele mashinlar var ki krugavoy gara shushelerle gezir ve ona hech kim hechne demir,Djiplerde ise voobshe neyinki dal shushede plenka hetta yanlarda da var. siz mene deyin gorum dal shusheye gara plenka vurmag olar ya yox ? hormetle Orxan

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır. Bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.

****

Sual: NIYE SUSELERIN QARALDILMASINA ICAZE VERILMIR BIRDEKI, NIYE USAQLARA MASIN SURMEYE ICAZE VERLIMIR? AXI USAQLAR BOYUKLERDEN YAXSI SURUR.

Cavab: «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçiları yol hərəkəti qaydalarına riayyət etməli, bu Qanunun yol hərəkəti təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

«Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır. Bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.

«Yol hərəkəti haqqında» Qanunun 33-cü maddəsinə müvafiq olaraq «B» kateqoriyalı yəni A kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmə hüququ 18 yaşdan yaranır.

***

Sual: salam arxa suselere jalyuz ve ya 70lik plyonka vurmaq olarmi? onceden tesekkurumu bildirirem.

Cavab:
Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır. Bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.

Bu Qanunun tələblərinə əsasən hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtomobilin sənaye üsulu ilə hazırlanan şüşələrin işıqburaxma qabiliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyin AZS-122-2004-cü il tarixli standartın tələblərinə uyğun olması zəruridir.

Eyni zamanda bu Qanunun tələblərinə əsasən hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

***

Sual: MASININ QABAGIN QALDIRMAGA VE YAXUD TUND SUSE, DISK TEKER VURMAGA NIYE ICAZE VERILMIR?

Cavab: Sizin sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun və qüvvədə olan digər normativ sənədlərin tələblərinə əsasən nəqliyyat vasitəsinin texniki göstəriciləri və tələbləri istesalçı zavodun təyin etdiyi şərtlərə uyğun olmalıdır. Qeyd etdiyiniz avadanlıqlaşdırma istehsalçı zavodun tələblərinə tam uyğun olmadığı və hərəkət zamanı təhlükəsizlik tələbləri pozulduğu üçün belə quraşdırmalara icazə verilmir.

***

Sual: Mən avtomobilimə xamelyon şüşə qoymaq (25-30%)istəyirəm. Bilmək istəyirəm, ona icazə va, yoxsa yox?

Cavab: «Yol hərəkəti haqqında» Qanunun tələblərinə əsasən hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtomobilin sənaye üsulu ilə hazırlanan şüşələrin işıqburaxma qabiliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyin AZS-122-2004-cü il tarixli standartın tələblərinə uyğun olması zəruridir

***

Sual: Azərbaycan Respublikasında yerləşən xarici investisiyalı müəssisənin ünvanına gətirilmiş minik maşınının yan və arxa şüşələri tünd rəngdədir, ancaq bu şüşələrdə nə plyonka, nədə pərdə yoxdur. Şüşələr sənaye üsulu ilə hazırlanan rəngli şüşələrdir. Xahiş edərdim ki,bu suala cavab verəsiniz.

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq avtomobilin sənaye üsulu ilə hazırlanan şüşələrin işıqburaxma qabiliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyin AZS-122-2004-cü il tarixli standartın tələblərinə uyğun olması zəruridir.

***

Sual: Salam. Mən avtomobilimə torlu pərdə çəkdirmək istəyirəm. Bilmək istəyirəm, ona icazə va, yoxsa yox?

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır. Bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.

Bu Qanunun tələblərinə əsasən hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

***

Sual: Baki sheherine yeni daxil olmush tranzit nomreli, avtomobil rengli shushe sebeb gosterilerek Yol Polisi ceza sahesi hansi qanun ve maddeyle aparilir? geydiyyatdan kecmek ucun 3 gun erzinde shushelerin deyisdirilmesine sherait yaradilirmi? dovlet geydiyyatindan kecmemis avtomobil hansi muddete rengli shuhselerle hereketine icaze verilir?

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır. Bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.

Azərbaycan Respublikası ərazisinə daxil olan hər bir vətəndaş bu Qanunun tələblərinə riayət etməyə borcludur.

***

Sual: Salam. Avtomobillərin arxa yan şuşələrinə istehsal buraxılışı olan pərdələrin (50% lik pərdələr) istifadəsi doğrudurmu və əgər doğru deyilsə maşın cərimə meydançasına aparılmalı yoxsa sadece pərdələri aşağımı salınmalı və cərimə ödənilməlidir? öncədən təşəkkürümü bildirirəm.

Cavab: Sizin Baş DYP İdarəsinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır.

Bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.

Bu Qanunun tələblərinə əsasən hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtomobilin sənaye üsulu ilə hazırlanan şüşələrin işıqburaxma qabiliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyin AZS-122-2004-cü il tarixli standartın tələblərinə uyğun olması zəruridir.

***

Sual: Xahiş edirəm minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi barədə məlumat verəsiniz.

Cavab: Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-204 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

- küləyə qarşı şüşələr (alın şüşəsi) üçün – 75 faizdən;

- küləyə qarşı olmayan qabaq yan şüşələr üçün – 70 faizdən;

- küləyə qarşı olmayan arxa yan şüşələr üçün – 60 faizdən;

- avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır.

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir.

Bu Qanunun tələblərinə əsasən işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

***

Sual: Salam. Bilmek isteyirem ki, avtomobilimde Müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) siqnal qurasdirilibsa DYP emekdasi menim avtomobilimi cerime meydanina apara biler? Ya sadece 155.2.4. maddesi ile cerime edilmeliyem? Mumkunse hansi hallarda avtomobilin cerime meydanina aparilmasi barede melumat vererdiz. Evvelceden tesekkur edirem.

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 74-cü maddəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 155.2.4-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlarş

«Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinin tələblərinə müvafiq olaraq bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.
Nəqliyat vasitəsinin hansı hallarda idarə olunmasından kənarlaşdırılması məsələləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406.1-cü maddəsində tanış ola bilərsiniz.
XS
SM
MD
LG