Sual: Hormetli DYP Menim avtomobilim bank krediti ile alinmishdir. Kredit odenilib qurtarib , ve men avtomobilimi girovdan cixartmaq isteyirem. Men bankdan odeme mektubu almisham. Xahish edirem meni avtomobili girovdan cixartma proseduruynan melumatlandirasiniz.
Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq kredit ödənilib qurtardıqdan sonra Bank tərəfindən kreditin ödənilib qurtarması barədə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə xüsusi məktub təqdim olunduqdan sonra Siz ərizə ilə müraciət edərək avtomobilinizi kirovdan çıxarda bilərsiniz
***
Sual: kredita masin alan zaman DYP -de ne qeder rusum verilmalidi ?
Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur.
Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:

- dövlət qeydiyyat (o, cümlədən tranzit) nişanları üçün - 18 manat
- qeydiyyat şəhadətnaməsi üçün - 15 manat
Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
- avtonəqliyyat vasitələri üçün - 10 manat;
- motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün - 5 manat.
- Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsihaqqındamüqavilələrin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına görə - 20 manat
- Eyni zamanda bildiririk ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, nəqliyyat vasitəsi qirova qoyulduqda girovun dövlət qeydiyyatına alınması üçün- 8 manat (maddə 26.3), qirovun əlavə qeydiyyata alınması üçün - 10 manat məbləğində dövlət rüsumu tutulur.
- Eyni zamanda avtomobillərin alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsi zamanı onun texniki baxışdan keçirilməsi təmin olunmaqla mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur.