Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 18:38

«Google» ən bahalı brendlər reytinqində «Cola»nı geridə qoydu


2010-cu ilin ən bahalı brendləri reytinqində birinci yeri «Wall Mart» markası qazanıb.

Böyük Britaniyanın «Brand Finance» agentləri dünyanın ən nəhəng ticarət markasını 41,4 milyard dollar dəyərində qiymətləndiriblər. Bu hesablamalara görə, ikinci yerə «Coca-Cola»nı (34,8 milyard dollar) üstələyən «Google» (36,2 milyard dollar) şirkəti yüksəlib.

Ən bahalı brendlərin onluğunu IBM, Microsoft, GE, Vodafone Telecoms, HSBC, HP və Toyota brendləri təşkil edir.

2009-cu ilin ənənəvi siyahısına «Coca-Cola» (68,7 milyard dollar) brendi başçılıq edirdi. Həmin vaxt «Google» (32 milyard dollar) yeddinci yerdə göstərilmişdi.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG