Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:14

Olimpiya oyunlarının 9-cu günü


Fevralın 20-də Vankuverdə keçirilən Qış Olimpiya oyunlarında 6 komplekt mükafatın sahibi məlum olub.

Dağ xizəkçilərinin nəhəng slalom (maneələri dəf edə-edə ayaq xizəyi ilə dağdan enməkdən ibarət idman yarışı) yarışında qələbəni Avstriyadan Andrea Fişbaxer qeyd edib.

129 metrlik tramplindən tullanmada isveçrəli Simon Amman birinci olub. Ayaq xizəyi yarışlarında isə isveçli Markus Xellner hamını qabaqlayıb.

Kişilərin 1500 metrə konkisürmə yarışında holland Mark Taytert birinci olub. Şort-trekdə qadınların 1500 metr məsafəyə yarışında olimpiya çempionu çinli Çjou Yan, kişilərin bir kilometrə yarışında isə Cənubi Koreyadan Djun Su Li qalib olub. Li bununla Vankuverdə ikinci qızıl medalını əldə edib.

Medalların sayına görə, qeyri-rəsmi komanda siyahısına ABŞ yığması liderlik edir. Bu olimpiya millisinin hesabında 6 qızıl, 7 gümüş və 10 bürünc medal var. Norveç millisi siyahıda ikinci, Almaniya isə üçüncüdür.

Qış Olimpiya oyunları fevralın 12-i başlayıb və bu ayın sonunda başa çatacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG