Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Yanukoviç martın əvvəllərində Rusiyaya gedəcək


Ukraynanın yeni prezidenti seçilmiş Viktor Yanukoviçin martın əvvəllərində Rusiyaya səfəri gözlənilir.

Belə bir razılşama dünən Yanukoviçlə Rusiya prezidenti Dimitri Medvedev arasındakı telefon söhbəti zamanı əldə olunub.

Dimitri Medvedev Yanukoviçi prezident seçilməsi münasibətilə təbrik edib.

Həmçinin Ukrayna prezidenti Viktor Yuşşenko dünən Yanukoviçi təbrik edib və fevralın 25-nə nəzərdə tutulmuş andiçmə mərasiminin keçirilməsinə təminat yaradılması ilə bağlı fərman imzalayıb.

Seçkilərdə Yanukoviçin rəqibi olmuş baş nazir Yuliya Timoşenko isə dünən seçkinin nəticələrilə bağlı şikayyətini geri götürüb.

Amma baş nazir özünü məğlub hesab etmir və Yanukoviçin qanunsuz yolla prezident seçildiyini təkid edir.
XS
SM
MD
LG