Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Həmid Kərzai itkidən qaçmağa çağırıb


Əfqanıstandakı kolaisiya qüvvələri talibançılara qarşı hərbi əməliyyatlarda dinc sakinlər arasında böyük itkiyə yol verirlər.

Bunu Əfqanıstan prezidenti Həmid Kərzai Kabildə parlament sesiyasının açılışında deyib.

Həmid Kərzai dinc sakinlər arasında itkini azaltmaq üçün son zamanlar kolaisiya qüvvələrinin komandanı general Stenli Makkristalın gördüyü tədbirləri yüksək qiymətləndirib, amma bunun hələ ki, kifayət olmadığını vurğulayıb.

Əfqanıstan hökumətinin məlumatına görə bir həftə bundan əvvəl ölkənin cənubunda talibançılara qarşı başlanmış irimiqyaslı əməliyyatlarda azı 15 dinc sakin ölüb.
XS
SM
MD
LG