Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:33

Nodar Kumaritaşvili bu gün dəfn olunacaq


Bu gün Gürcüstanda məşq zamanı ölmüş xizəkçi Nodar Kumaritaşvilinin dəfn mərasimi olacaq.

21 yaşlı idmançı dğulduğu Bakuriani şəhərində dəfn olunacaq.

Kumaritaşvili fevralın 12-də, Vankuverdə keçirilən qış Olimpiya oyunlarının açılışına bir neçə saat qalmış məşq zamanı öldü.

Onun xizəyi yoldan çızaraq ətrafdakı dirəklərə çırpıldı.

Gürcüstan rəsmiləri qəzanın idmançının səhvi ucbatından baş verməsi ilə bağlı Beynəlxalq Xizək Federasiyasının ilkin rəyi ilə razılaşmırlar.

Onlar yolun təhlükəli olduğunu deyirlər.
XS
SM
MD
LG