Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:28

Ermənilər atəşkəsin pozulması xəbərini inkar edirlər


Qarabağın erməni rəhbərliyi fevralın 18-də atəşkəsin pozulması və hər iki tərəfdən itkilərin olması barədə xəbərləri təkzib edir. Erməni hərbi qüvvələrin sozçüsü Senor Hsratyan bildirib ki, belə bir atəşkəs pouzlması olmayıb: “Azərbaycan əsgər ölümünü öz ordusunun daxilində axtarmalıdır”.

O, bunun Azərbaycan ordusunda yaxınlarda baş vermiş əsgərin öz zabitlərini güllələməsi hadisəsinin bənzəri olduğunu deyib.

Azərbaycanın Müdafiə Nazirliyi Fevralın 18-də məlumat yayıb ki, həmin gün təmas xəttinin bir neçə istiqamətində atəşkəs pozulub və üç əsgər həlak olub, bir nəfəri də yaralanıb.

Amma Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, ermənilər azərbaycanlı hərbçilərin təlimlərindən qıcıqlanıblar və atəşkəs pouzlub. Atı.mada erməni hərbçilər də itki veriblər.
XS
SM
MD
LG