Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 00:02

İran Qarabağa sülhməramlı yerləşdirəndə fikrinin nəzərə alınmasını istəyir


İranın Ermənistandakı səfiri Seyid Əli Sağaeyan
İranın Ermənistandakı səfiri Seyid Əli Sağaeyan
Bunu İranın Ermənistandakı səfiri Seyid Əli Sağeyan dünən Yerevanda keçirdiyi mətbuat konfransənda deyib.

Amma səfir konkret hansı ölkənin sülhməramlılarının yerləşdirilməsinə Tehranın iradlarının olduğunu açıqlamayıb. Diplomat “Qarabağla ümumi sərhəd” deyəndə nəyi nəzərdə tutuduğunu da dəqiqləşdirməyib. Çünki həmin ərazidə İran Azərbaycanla – indi ermənilərin nəzarətində olan Cəbrayıl, Füzuli və Zəngilan rayonları ilə həmsərhəddir.

İran diplomatı yalnız onu deyib ki, Tehran bu münaqişənin regionda olan bütün xalqların maraqlarına uyğun həllini istəyir, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan dünaışıqları da müdafiə edir.

İranın səfiri ölkəsinin Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına tərəfdar olduğunu da bildirib.
XS
SM
MD
LG