Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

İranın Ermənistandakı səfiri "Qarabağla ümumi sərhədimiz var" deyir


"İran İslam Respublikasının Qarabağla ümumi sərhədi var. Ona görə də şübhəsiz ki, bu regiona yerləşdirilə biləcək sülhməramlılarla bağlı bizim də öz mövqeyimiz və fikirlərimiz var”.

Bunu İranın Ermənistandakı səfiri Seyid Əli Sağeyan dünən Yerevanda keçirdiyi mətbuat konfransənda deyib.

Amma səfir konkret hansı ölkənin sülhməramlılarının yerləşdirilməsinə Tehranın iradlarının olduğunu açıqlamayıb. Diplomat “Qarabağla ümumi sərhəd” deyəndə nəyi nəzərdə tutuduğunu da dəqiqləşdirməyib. Çünki həmin ərazidə İran Azərbaycanla – indi ermənilərin nəzarətində olan Cəbrayıl, Füzuli və Zəngilan rayonları ilə həmsərhəddir.

İran diplomatı yalnız onu deyib ki, Tehran bu münaqişənin regionda olan bütün xalqların maraqlarına uyğun həllini istəyir, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan dünaışıqları da müdafiə edir.

İranın səfiri ölkəsinin Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına tərəfdar olduğunu da bildirib.
XS
SM
MD
LG