Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

ABŞ-Çin münasibətlərinə ziyan dəyib


Prezident Obamanın Tibetin mühacirətdə olan dini lideri Dalay Lama ilə görüşü ABŞ-Çin münasibətlərinə «ciddi ziyan» vurub. Çinin Xarici İşlər Nazirliyi fevralın 18-də Pekindəki ABŞ səfirini çağıraraq belə deyib və bilirib ki, bu, Çinin daxili işlərinə qarışmaqdır.

Dünən Barak Obama Ağ Evdə Dalay Lamanı qəbul edib. Obama Tibetin nadir dini və mədəniyyəti, habelə tibetlilərin hüquqlarının müdafiəsinə ciddi dəstək nümayiş etdirib.Dalay Lama görüşdən məmnun qaldığını bildirib.

Çin Dalay Lamanı separatçılıqda, Tibetin müstəqilliyinə nail olmağa cəhddə ittiham edir.
XS
SM
MD
LG