Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:08

Saakaşvili Sarkoziyə etiraz edir


Gürcüstan prezidenti Fransanı tənqid edib, Rusiyaya hərbi gəmi və hərbi maşın satmaq planlarına görə. Fevralın18-də Londonda danışan Mixail Saakaşvili bildirib ki, bu, Şərqi Avropa ölkələrini Rusiyanın potensial müdaxilə riski altında qoya bilər.

Saakaşvili əlavə edib ki, Fransanın hərbi maşınları Rusiyanın maşınlarından üstün olub, bu Rusiyaya istənilən şərqi Avropa ölkəsinə «bir saatın içində» müdaxilə etməyə imkan verə bilər.

Saakaşvilini məsələni Fransa prezidenti Nikolya Sarkozi ilə müzakirə etməyi planlaşdırır.

ABŞ bildirib ki, Şərqi Avropa ölkələri və Gürcüstanın narahat olmasına əsas var.

2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında qısa müddətlik müharibə olub. Bundan sonra Rusiya separatçı Abxaziya və Cənub Osetiyanın müstəqilliyini tanıyıb.

XS
SM
MD
LG