Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:38

Barak Obama Dalay Lama ilə görüşüb


ABŞ prezidenti Barak Obama Ağ evdə Tibetin dini lideri Dalay Lama ilə görüşüb.

Ağ evin sözçüsü Robert Qibbis bildirib ki, Barak Obama Tibetin nadir dini və mədəniyyəti, habelə tibetlilərin hüquqlarının müdafiəsinə ciddi dəstək nümayiş etdirib.

Dalay Lama isə görüşdən məmnun qaldığını bildirib.

Onun dövlət katibi Hillari Klintonla da görüşü nəzərdə tutulub.

Çinin hakim dairələri dəfələrlə bu görüşə kəskin etirazını bildirmişdi.

Çin Dalay Lamanı separatçılıqda, Tibetin müstəqilliyinə nail olmağa cəhdə ittiham edir.
XS
SM
MD
LG