Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

AB-i Azərbaycanla viza rejimini sadələşdirmək istəyir


Yaxın vaxtlarda Avropa Birliyi ölkələri ilə Azərbacan arasında viza rejimi ləğv oluna bilər.

Birliyin Azərbaycandakı səfiri Roland Kobia jurnalistlərə açıqlamasında bildirib ki, indi bu istiqamətdə işlər aparılır və Avropa Birliyi Azərbaycan üçün viza rejimini sadələşdirmək fikrindədir.

Lakin bu qısa bir zamanda baş verəcək hadisə deyil, - deyə diplomat bildirib.

Vizanın ilk növbədə tələbələr, rəsmilər, idmançılar, nazirlər və jurnalistlər üçün asanlaşdırılması nəzərdə tutulub.

XS
SM
MD
LG