Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Azərbaycan filmi Kanadada


Ötən il 33-cü Monreal Dünya Film Festivalının mükafatçısı olmuş və kanadalı seyrçilər tərəfindən rəğbətlə qarşılanmış rejissor Şamil Nəcəfzadənin “Qala” filmi Kanadanın Toronto və Ottava şəhərlərində nümayiş etdiriləcək.

APA-nın məlumatına görə, premyera martın 19 və 30-da keçiriləcək.

Martın 19-da Torontonun “Bloor Cinema” kinoteatrında təşkil olunacaq nümayişdən yığılacaq vəsait Azərbaycanın qaçqın və məcburi köçkünlərinə göndəriləcək.

Martın 30-da Ottavada keçiriləcək premyeradan əldə olunan vəsaitlər isə Haitidə zəlzələdən zərərçəkənlərə yönəldiləcək.
XS
SM
MD
LG