Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:54

AYİB Azərbaycana 220 milyon dollar ayıracaq


Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycanda 12 layihənin həyata keçirilməsinə 220 milyon dollar məbləğində vəsait ayırmağı planlaşdırır.

Bura təbii resurslar, telekommunikasiya, aqrar və maliyyə sektoru və digər sahələr daxildir.

Ümumiyyətlə bank son illər ölkənin qeyri-neft - kənd təsərrüfatı, nəqliyyat, energetika və infrastruktur sahələrində iştirakını artırır.

Bundan başqa bank artıq özəl sektora dəstək və sahibkarlığın inkişafı istiqamətində birbaşa fəaliyyətə başlayıb.

Hazırda AYİB Azərbaycanda bank sektorunun inkişafında lider kimi fəaliyyətini qoruyub saxlayır.

2009-cu ildə bankın dəstəyi ilə Azərbaycanda 9 layihə həyata keçirilib.

Bu layihələrin maliyyələşdirilməsinə 260 milyon dollar ayrılmışdı.
XS
SM
MD
LG