Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:56

Nalbəndyan Məmmədyarova cavab verib


Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində öz müqəddəratını təyin etmə prinsipinə qarşı çıxması münaqişənin həllini əngəlləyir.

Nalbəndyan belə bir bəyanatla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərədə dediklərinə cavab olaraq çıxış edib.

Elmar Məmmədyarov deyib ki, rəsmi Bakı Dağlıq Qarabağın gələcək statusunu Azərbaycanın daxilində görür və işğal altında olan torpaqlar, qaçqınların ev-eşiklərinə dönməsi münaqişənin həllində başlıca problem olaraq qalır.
XS
SM
MD
LG