BMT-nin baş katibi Ban Ki-mun bildirib ki, kasset bombaları qadağan edən beynəlxalq konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan 30 ratifikasiya sənədi artıq depozitariyə daxil olub. Konvensiya avqustun 1-dən qüvvəyə minəcək.
Kasset bombası artilleriya qurğusundan və ya hərbi təyyarədən atılan, partlayan zaman geniş bir əraziyə çoxlu kiçik bombalar səpən sursatdır.
Mayın 30-da Dublində 107 dövlətin iştirakı ilə qəbul edilmiş sözügedən konvensiya qüvvəyə mindikdən sonra bu cür bombaların istehsalı, saxlanması və istifadəsi qadağan olunacaq.