Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:42

5 ildən sonra ABŞ Suriyaya səfir təyin edib


ABŞ prezidenti Barak Obama Suriyaya səfir təyin edib. Bu, 2005-ci ildən bu yana təyin olunan ilk Amerika səfirdir. Yeni səfirin adı Robert Forddur.

2005-ci ildə Livanın baş naziri Rafik Həririnin qətlindən sonra Vaşinqton öz səfirini geri çağırmışdı. O vaxtdan yeni səfir təyin edilməmişdi.

Həririnin ölümündə Suriyanın əli olduğu güman edilsə də, Dəməşq bunu inkar edir. Obama isə prezident seçiləndən sonra Birləşmiş Ştatların region ölkələri ilə əlaqələrini yenidən qurmaq niyyətini açıqlamışdı.

XS
SM
MD
LG