Bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedyevin separatçı Abxaziyanın lideri Sergey Baqapşla Abxaziyada Rusiyanın hərbi bazasının yerləşdirilməsi barədə saziş imzalayacağı gözlənilir. Separatçı regionun müdafiə nazirinin müavini Qarri Kupalba bazada azı 3 min hərbçinin yerləşdiriləcəyini bildirib.
Gürcüstan öz ərazisində hərbi baza yaradılmasını qanunsuz adlandırıb.
2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.