Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:02

ABŞ nümayəndələri Neft Fondunda olublar


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) mətbuat xidmətindən verilən məlumata görə fevralın 16-da qurumun icraçı direktoru Şahmar Mövsümov ABŞ Konqresi Aparatının nümayəndələri ilə görüşüb.

Ş.Mövsümov fondun fəaliyyəti, qurumun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi prosesində ARDNF-nin rolu barədə ətraflı məlumat verib. “Azərtac” agentliyi yazır ki, sonra Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair suallara cavab verib.

Amma rəsmi agentlik ABŞ Konqresi Aparatının nümayəndələrinin konkret kimlər olduğunu yazmayıb.
XS
SM
MD
LG