Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:30

Obama atom elektrik stansiyasının tikintisinə borc təminatı imzaladı


Son 30 ildə ilk dəfə ABŞ prezidenti yeni atom elektrik stansiyasının tikintisinə dəstək verdi. Prezident Obama yeni zavodun tikintisi üçün səkkiz milyard dollarlıq borc alınmasında federal təminat verib.

Obama hökuməti bu zavodla ölkənin xaricdən alınan neft məhsullarından asılılığını azaltmağa çalışır.

Obama bildirib ki, bu layihə həm də minlərlə yeni iş yeri yaradacaq. Onlardan 800 iş yeri də daimi olacaq. ABŞ prezidenti bunu həm də ölkəsində “təmiz və təhlükəsiz enerji texnologiyalarının inkişafının başlanğıcı” adlandırıb.
XS
SM
MD
LG