Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:56

Əsgəri güllələyən çavuş məhkəmə qarşısındadır


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Ədalət Məmmədovun məhkəməsi keçirilir.

İttiham aktına görə, kiçik çavuş ötən ilin sentyabr ayında kiçik avtomat silahdan atəş açaraq əsgər Elvin Quliyevi güllələyib.

Ədalət Məmmədov məhkəmə iclasında ifadə verib ki, əsgər yoldaşını vurmaq niyyəti olmayıb və hadisə təsadüfən baş verib.

Zərərçəkmiş qismində dindirilən əsgər də onu vuran kiçik çavuşdan şikayətçi olmadığını məhkəmənin nəzərinə çatdırıb. İfadəsində göstərib ki, kiçik çavuş onunla zarafatlaşarkən təsadüfən silahdan atəş açılıb.

Məhkəmə iclası şahid ifadələri ilə davam edir.
XS
SM
MD
LG