Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 05:40

Dubay polisi 11 avropalını axtarır


Dubay polisi Avropa ölkələrinin pasportlarını daşıyan 11 şübhəli şəxsi axtardığını bildirib. Onlar Həmasın komandirlərin olan Mahmud əl-Məbhuhun qətlində şübhəli bilinirlər.

Polisin məlumatına görə, onların hamısı Dubaya Əl-Məbhuhun qətlindən bir gün əvvəl gəlib. Qətldən sonrakı bir neçə saat ərzində isə ölkəni tərk ediblər. Şübhəlilərdən biri Əl-Məbhuhun qaldığı otel otağı ilə üzbəüz otaqda qalıb. Həmas komandiri səhəri gün öz otağında boğulmuş halda aşkar olunub.

11 şübhəlidən 6-nın Britaniya, 3-ün İrlandiya, 1-in Almaniya, 1-in isə Fransa pasportu varmış.

XS
SM
MD
LG