Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:16

47 nazir Avropa Məhkəməsinin gələcəyini müzakirə edəcək


47 ölkənin naziri Avropa İnsan Hüquqları Məhkəməsinin gələcəyini müzakirə edəcək.

Avropa Şurasının Bakı Ofisindən verilən məlumata görə, səlahiyyətlərinə insan haqları məsələləri daxil olan bu quruma üzv dövlətlərin nazirləri fevralın 18-də və 19-da İsveçdə görüşəcəklər.

Konfransın məqsədi Avropa Şurasına üzv dövlətlərin Avropada insan hüquqlarını müdafiə etmək öhdəliyinə sadiq olduqlarını göstərməkdir. Eyni zamanda, konfrans iştirakçıları Avropa İnsan Hüquqları Məhkəməsinə sayı artmaqda olan ərizələrin öhdəsindən gəlməsinə şərait yaratmaqda qətiyyətli olduqlarını bir daha təsdiq etmək istəyirlər.

Nazirlər Məhkəmənin uzunmüddətli səmərəliliyini, habelə onun qərarlarının icrasının daha yaxşı monitorinq olunması və milli səviyyədə insan hüquqlarının müdafiəsinin yaxşılaşdırılması yollarını təmin etməyə yönələn islahatları müzakirə edəcəklər.
XS
SM
MD
LG