Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Yanukoviçin andiçmə mərasimi fevralın 25-də olacaq


Ukraynanın yeni seçilmiş prezidenti, Regionlar Partiyasının rəhbəri Viktor Yanukoviçin andiçmə mərasimi fevralın 25-də olacaq. Bu qərar Ukrayna parlamentinin bu günkü iclasında verilib.

Regionlar Partiyasının sədr müavini Anna German isə deyib ki, Yanukoviç baş nazir vəzifəsini maliyyə maqnatı Sergey Tigipkoya təklif edəcək.

Yanukoviçin prezident seçkisində rəqibi olmuş Yulya Timoşenko isə məglubiyyətlə razılaşmır. O seçkilərin nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib.

XS
SM
MD
LG