Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Ötən il cəzaçəkmə yerlərindən 207 qram narkotik maddə tapılıb


Ötən il Azərbaycanın cəzaçəkmə yerlərinə narkotik maddə keçiirlməsiylə bağlı 41 fakt müəyyən edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 207 qram müxtəlif narkotik vasitə, o cümlədən 153,8 qram heroin aşkar edilib. Faktla bağlı 22 məhkum, 16 nəfər görüşə gələ şəxs və penitensiar xidmətin 3 əməkdaşı saxlanıb.

Ötən il dekabrın 29-da “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin də üstündən saxlandığı 12 saylı cəzçəkmə yerində heroin tapılmışdı. Jurnalist bildirmişdi ki, bunu onun cibinə cəzaçəkmə yerinin öz əməkdaşları qoyublar.

Narkotika ittihamı sübut olunsa Eynuılla Fətullayevi daha 3 il cəza gözləyir. Budan əvvəlsə o 8 il yarım cəza alıb. Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hökumətindən onu azad etməyi tələb edir.

XS
SM
MD
LG