Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:29

2009-cu il jurnalistlər üçün çox pis il olub


Jurnalistləri Müdafiə Komitəsinin rəhbəri Joel Simon bu gün Tokioda “2009-cu il üzrə mətbuata hücum” haqqında illik hesabatını təqdim edib. O keçən ili jurnalistlər üçün çox pis il kimi qiymətləndirib: “2009-cu il mətbuat azadlığı üçün pis, hətta həddindən artıq pis bir il olub. Çox təəssüf ki, bu reallıqdır. Biz ötən dünyada rekord sayda jurnalistlərin qətlə yetirildiyinin şahidi olduq. 70 hal qeydə almışıq. Təkcə Filippindəki Maguindanao qətliamında 32 jurnalist qətlə yetirilib”.

Həbs olunmuş jurnalistlər haqqında isə Joel Simon bunları deyib:“Biz İranda 47 jurnalistin həbsi faktını qeydə almışıq. Bu göstəriciyə görə İran bütün ölkələri, o cümlədən Çini geridə qoyur. İranda jurnalistlər üçün təhlükəli vəziyyət var. Repressiya davam edir. Çox səmimi deyirəm ki, bu ölkədə həbs edilmiş jurnalistlərin sonrakı taleyinə görə çox narahatıq”.

Jurnalistləri Müdafiə Komitəsinin rəhbəri bildirib ki, beynəlxalq ictimaiyyət bu jurnalistlərin taleyinə görə narahatdır, bunu İran hakimiyyəti də bilməlidir.

XS
SM
MD
LG