Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:30

Dövlətə xəyanətdə ittiham edilən əsgərlər məhkəmə qarşısındadır


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə ittiham olunan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgərləri Mais Çıraqovun, Fizuli Məmmədovun və Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Əsgərlər dövlətə xəyanətdə, döyüş növbəsi çəkmə qaydalarını pozmaqda, seksual xarakterli zorakılıq hərəkətlər etməkdə təqsirləndirilirlər. İttihama görə, onlar Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən casusluğa cəlb ediliblər.

Hakim məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar çıxarıb.
XS
SM
MD
LG