Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:06

NATO 12 mülki şəxsin ölümün görə üzr istəyib


NATO 12 mülki şəxsin ölümü ilə nəticələnmiş raket zərbələrinə görə üzr istəyib. Hadisə NATO-nun Helmand əyalətində Talibanın mövqelərinə qarşı başladığı əməliyyatın ikinci günü baş verib.

NATO qüvvələrinin komandanı amerikalı general Stenli Makkristal təhqiqat başa çatana qədər həmin raketlərdən istifadə edilməyəcəyini bildirib. Əfqanıstan prezidenti Həmid Kərzai ölənlərin hamısının bir ailənin üzvləri olduğunu söyləyib.

XS
SM
MD
LG