Ötən həftənin sonunda Braziliya Ali Məhkəməsi paytaxt Brazilianın qubernatoru Jose Roberto Arrudanın həbsi məsələsinə baxıb. 12-2 səs çoxluğu ilə həbs qərarı çıxan kimi polis qubernatoru həbs edib.
İndi 57 yaşlı keçmiş qubernatoru şəhər polisinin universitet təhsilli məhbuslar üçün ayrıca düzəldilmiş həbsxanasında saxlayır.
Braziliyanın Federal polisi hələ 2002-ci ildə qubernator haqqında rüşvət məlumatlarını topladığını bildirib.
Keçən il noyabrın 27-də müstəntiqlər onun rüşvət pullarını necə paylaşdırmaq haqqında köməkçisinə göstəriş verərəkən çəkilən videosunu yayıblar. Ertəsi gün yerli telekanallar köməkçinin otağında yerli qanunverici orqan üzvlərinin pulları necə bölüşdürdüklərini göstərib.
Bu mənzərəni gizli kamera ilə köməkçi özü çəkib. Polis onu ələ alıb ki, bu videoçəklişin əvəzinə onun özü cinayət məsuliyyətindən azad ediləcək.
Bəzi şirkətlər Arrudanın seçki kampaniyasına pul verərək əvəzinə gəlirli müqavilələr əldə ediblər.
Videoların yayılmasından sonra qubernator bəyanat yayaraq korrupsiya ittihamlarından heyərətə gəldiyini və ona qarşı qurulmuş çirkin bir oyuna qurban olduğunu bildirib.
Keçən ilin dekabrında yerli qəzetlərdən biri Arrudanın qubernator olduğu son yeddi ildə əmlakının min dəfəyə qədər artdığını yazıb.
Bundan sonra qubernator Demokart Partiyasından istefa verib.
Fevralın 4-də yayılan başqa bir video onun həbsi üçün son sübut olub. Həmin videoda Arrudanın ortaqları bir jurnalisti rüşvətlə ələ almağa çalışırlar ki, qubernator əleyhinə ifadə verməsin. Jurnalistə təklif olunan məbləğ 500 min dolları keçib amma o, təklifdən imtina edir.
Bu video yayılandan sonra – fevralın 9-da Braziliyanın Vəkillər Təşkilatı prokurorluğa müraciət edərək Arrudanın işdən uzaqlaşdırılmasını və həbs edilməsini tələb edib.
Fevralın 11-də axşam isə qubernator həbs edilib.
Oktyabrda Braziliyada prezident seçkiləri keçirilməlidir. Müxalifət prezident Luiz Inacio Lula da Silvanın partiyasını korrupsiyada ittiham edirdi. Amma Arruda ətrafında indiki qalmqal müxalifətin özünü də çətin vəziyyətə salır.