Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Yanvarda batmış balıqçının meyiti tapılıb


Yanvarın 28-də Xaçmazın Tikanoba kəndi yaxınlığında Xəzərdə batmış Ruslan Kərimovun meyiti tapılıb.

Onun cəsədi bu gün saat 08:00 radələrində Xaçmazın Seyidli kəndi ərazisində tapılıb.

1977-ci il təvəllüdlü Ruslan Kərimovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Fevralın 4-də Xaçmazın Niyazabad kəndi yaxınlığında dənizdə batmış 1987-ci il təvəllüdlü Əliyev Qurbanla 1986-cı il təvəllüdlü Məmmədov Elxanın cəsədləri isə hələ də tapılmayıb.
XS
SM
MD
LG