Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

«Cənab İran»


Kermit Roosevelt
Kermit Roosevelt
Əli Kərimli yazır ki, Ukraynada Rusiyaya yaxın qüvvələrin hakimiyyətə gəlişinin Azərbaycanın demokratikləşməsinə hətta müsbət təsiri də ola bilər:

«2005-ci ildə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə demokratikləşmə prosesinin qarşısını almaqda əhəmiyyətli kömək göstərdiyi bizə məlumdur. Rusiya TV-lərinin birində Kremlə yaxın politoloq Qleb Povlovskinin: «İndi bizim MDB məkanında məxməri inqilablara qarşı əksinqilab ssenarimiz var və biz bu ssenarini artıq Azərbaycanda uğurla tətbiq etdik» dediyini şəxsən özüm eşitmişəm. Keçmiş Sovet məkanında nüfuz rəqabətini ən azı açıq və kobud formada aparmamaq barədə ABŞ-Rusiya razılaşması Rusiyanın üzərinə də Azərbaycanda hakimiyyət uğrunda mübarizə işinə ən azı 2005-ci ildə olduğu kimi kobud müdaxilə etməmək öhdəliyi qoyur…

Mən Azərbaycanda demokratik dəyişikliklərin hansısa xarici qüvvələrin köməyi ilə həyata keçirilməsini istəmirəm və ümidlərimi buna bağlamıram. Amma mən hansısa xarici ölkənin bizim ölkəmizdə əksinqilabi ssenariləri sınaqdan keçirməsinə də, başqa bir ölkənin isə seçki ərəfəsi Azərbaycanda rejim dəyişikliyi istəmədiklərini bəyan etməsinə də qəti şəkildə qarşıyam. Ukraynadakı seçkilər ümid yaradır ki, məlum dövlətlər 2005-ci ildəki yanlış davranışlarını bu il Azərbaycanda bir daha təkrar etməyəcəklər».

***

İLHAM ƏLİYEV KRAL DEYİL

Elnur Məcidlinin son yazısı prezident İlham Əliyevin «Euronews» kanalına müsahibəsinə həsr olunub. Fransa kanalının suallarının Azərbaycanda senzuraya uğramamasına bloqçu sevinir :

«Sualların prezident aparatının senzurasına uğramaması isə sevindiricidir. Çox güman ki, kanalın məsul şəxsləri prezident aparatına ümumi məlumatlar verərək sualların əsasən Qarabağ problemi ilə bağlı olacağını bildirməklə bu əngəli aşa biliblər.... Ölkə prezidenti kral olmadığını söyləmişdi...Məncə, İlham Əliyev haqlıdır…Şərq mədəniyyətlərində tarix boyu kral yox, ŞAH olub…Kral sözünün hər nə qədər şah sözü ilə sinonim olduğu deyilsə də mahiyyət baxımından eyni mənanı daşımır. Həm kral, həm şah monarx hakimiyyətin ən təpəsində duran şəxslər olsalar da onların funksiyaları arasında müəyyən fərqlər mövcuddur. Kral, Avropa tarixinə, dolayısıyla qərb mədəniyyətinə xas bir fiqurdur. Orta əsrlərdən etibarən Avropadakı kralların böyük əksəriyyəti dini hakimiyyətin (kilsə hakimiyyətinin) təsirində qalıblar. Şərq tarixində isə bu əksinədir – Din və din adamları hər zaman şahın tabeçiliyində olub».

***

DİKTATURA MİLLƏTİMİZƏ NEÇƏYƏ OTURUR?

İlqar Məmmədov hesablayıb ki, Oğuzdan Bakıya su çəkilişi neçəyə başa gəlib:

«İlham Əliyev Oğuz-Qəbələdən Bakıya su çəkir. 2006-cı ilin əvvəlində elan etdilər ki, tikintini 2008-in mayında bitirəcəklər, özü də 480 milyon dollara.

Amma artıq inşaatın tamamlanması iki ildir gecikir. Ona 670 (!) milyon dollar xərclənib. Cari ilə ayrılmış dövlət pulu ilə birgə kəmərin qiyməti 900 (!) milyon dolları üstələyir. Amma heç İlham Əliyev də deyə bilmir ki, bu il su olacaq, yoxsa olmayacaq?

Arada, bir zavod da qurdular - kəmər üçün möhkəm sintetik materialdan borunu guya o verəcəkmiş. Verdi də, amma indi o boruları təzədən qazıb dəmir borularla əvəzləyirlər: demə, borular su zərbəsinə davamsız imiş. Beləliklə, diktaturanın Azərbaycana neçəyə başa gəldiyini konkret rəqəmlərdə bilmək istəyirsinizsə deyim: bircə bu layihə üzrə azı 900 - 480 = 420 milyon dollar».

***

World Press Photo. İLİN FOTOSU?
«2009-cu ilin fotosu»


Devrimsol yazır ki, bu günlərdə italiyalı Pyetro Masturzonun bu fotosunun World Press Photo müsabiqəsində «2009-cu ilin fotosu» elan olunmağı təəccüblüdür. Şəkil ötən il İranda lentə alınıb. Əhmədinejatın yenidən prezident seçilməsinə etiraz edən qadınlar damda dayanıb qışqırırlar.
Mükəmməl fotonun əlamətləri var: Nəyin niyə, nə vaxt və harada çəkildiyini izah etməyə ehtiyac qalmamalıdır. Seyrçi baxan kimi bilməlidir: bəşəridir, aktualdır, dramatikdir və cəsarətlidir. Masturzonun fotosuna baxanlarda isə suallar yaranır: Bu nədir? Haradır? Niyə aktualdır? Niyə qeyri-adidir? Hansısa Peruda, yaxud Konqoda isə bu fotoya baxıb deyəcəklər: «Hə nə olsun?».
Əlbəttə, müsabiqə boslarının seçiminin motivi aydındır: İranı bir daha yada salmaq. Ancaq bu merkantil və dar siyasi marağın yüksək mədəniyyətlə ört-basdır edilməsi və qarışıq salınması çox böyük minusdur».

«CƏNAB İRAN»

Devrimsol
un bloqunda daha bir maraqlı post var, İranın baş naziri Məhəmməd Müsəddiqin devrilməsi barədədir:

«Amerika müxbirləri Devid Vays və Tomas B. Ross «Görünməz hökumət» adlı kitabında (London, 1965) yazır: «Heç şübhəsiz 1953-cü ildə Məhəmməd Müsəddiqin devirən və Rza Pəhləvi şahı taxtda saxlayan çevrilişi təşkil edən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) olub. Ancaq çox az amerikalı bilir ki, çevrilişə MKİ-nin casusu, prezident Teodor Ruzveltin nəvəsi rəhbərlik edib. Bu adam – Kermit Ruzvelt – Tehranda elə teatrlaşmış əməliyyat keçirib ki, uzun müddət MKİ-də onu «Cənab İran» adlandırıblar».

***

Ağacan fevralın 11-də İran İslam İnqilabının 11-ci ildönümü günü Bəsic üzvlərinin müxalifət lideri Mehdi Karrubinin evinə, maşınına hücum etdiyini yazır. Bloqçu onlarla mülki geyimli Bəsicin Azadlıq meydanında nümayişçilərə hücum planı hazırladığını qeyd edib.

***

Azərbaycan «Santa Barbara» seriali kimi bir sheydir

Doktor Ravik bu fikirdədir, hesab edir ki, illər keçsə də, Azərbaycanda heç nə dəyişmir, çünki «inkar qadağandır»:

«On il baxma, yadından çıxar, alver elə, evlən, uşaq böyüt və bir dəfə təsadüfən gözün televizora sataşanda görəcəksən ki, serial sən çıxıb getdiyin yerdən davam edir. Dəyişiklik ehtimalı sıfırdır. «İnkar inkişaf momentidir» deyə Lenin yazırdı. Əgər inkar olmasaydı, ilk çapacaq daşını inkar edib nisəbətən daha iti çapacaq daşı yaratmasaydılar, onda bəşəriyyət hələ də şimpanzelərlə yanaşı yaşayırdı… Nə qədər ki, azərbacyanlı əlində tutduğu daşa diqqətlə baxıb onu (və özünü) inkar edə bilmir, onda prezidentin familiyası yenə Əliyev olacaq…».

***

Oxatan Miscrosoft-dan şikayətlənir, şirkətə məxsus saytlardan birində - MSN.com-da yerləşdirilmiş hava haqqında məlumatlar bölməsində Azərbaycan bölgələrinin adları yanlış qeyd edildiyini yazır:

«Hətta elə yatmışıq ki, Microsoft artıq MSN-dən əlini çəkib, Bing-ə fikir verir. Bu axtarışı da ona görə dilə gətirirəm ki, onun bir də xəritəsi var. Bu xəritədə Azərbaycana baxanda adlar lap qəribə yazılıb. Hətta o Şaumyanabad şəhəri də xəritədə öz yerini alıb».

***

Azərbaycanda az gəlirli sahələrdən biri də media sahəsidir

Telmansoy yazır ki, işçilər üçün ən gəlirli sahələr sıralamasında kütləvi informasiya vasitələri sahəsi axırıncı yerlərdən birini tutur:
«Mediada çalışan işçilərin aylıq qazandığı məbləğ əksər hallarda orta-babat yaşamağa imkan verir. KİV-nin rəhbər işçiləri istisnadır. Getdikcə Azərbaycanda qəzet oxumağa marağın azalması, yeni media növlərinin ənənəvi medianı üstələməsi, elektron KİV-lərinin imkanları çap mətbuatının vəziyyətini daha da pisləşdirir...Günü-gündən böyüyən Azərbaycan İnterneti məkanında xəbər portalları və agentliklərin sayı da artır. Bu redaksiyalar əməkdaşlıq etdikləri müxbirlərə bir informasiyaya 3-5 manat arası qonarar ödəyirlər. Orta qiymət kimi 4 manat götürsək və bir müxbirin gündəlik önəmli 2 informasiyası əldə etsə, ən yaxşı halda agentlik ona ayda 240 manat ödəyəcək».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG