Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:10

«Neftçi»nin avtomobili qəzaya uğrayıb, 2 nəfər ölüb


Football, Neftchi, LOGO
Football, Neftchi, LOGO
Bakının «Neftçi» futbol klubuna aid xidməti avtomobil qəzaya uğrayıb. Nəticədə klubun iki nəfər işçisi – 33 yaşlı Vahid Vaqif oğlu Həmidov və 28 yaşlı Alim Malik oğlu Məmmədov həlak olub. Bunu AzadlıqRadiosuna Respublika Dövlət Yol Polisi İdarəsindən deyiblər.

Məlumata görə, Unibank Premyer Liqasında «Karvan»la Yevlaxda keçirilən oyundan qayıdan komandanın «Hyundai-Sonata» markalı 90 AU 202 dövlət nömrə nişanlı avtomobili Cəngi qəsəbəsində yolun buz olması nəticəsində çökəkliyə yuvarlanıb. Hadisə zamanı 2 nəfər də xəsarət alıb. Yaralılar Mübariz Valeh oğlu Xudiyev və Dadaş İman oğlu Zeynalov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri stabildir.

Klubun oyunçuları, o cümlədən məşqçi və həkimlər isə qəzaya uğrayan avtomobildə olmayıblar. Baş vermiş hadisəni Respublika Dövlət Yol Polisi İdarəsinin təhqiqat şöbəsinin əməkdaşları araşdırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG