Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:00

Koalisiya qüvvələri Mərcə şəhərini ələ keçirib



Əfqanıstan rəsmiləri Mərcə şəhəri uğrunda gedən düyüşdə azı 20 yaraqlının öldürüldüyünü, 11-nin isə əsir götürüldüyünü deyirlər.

Müdafiə naziri Rəhim Vardak jurnalistlərə bildirib ki, orduya ən çox şəhərdəki mərkəzi bazar və onun ətraflarında müqavimət göstərilib.

Əfqanıstan prezidenti Həmid Kərzai Talibançıları silahı yerə qoymağa çağırıb.

O həmçinin birləşmiş qüvvələri dinc sakinlər arasında itkidən qaçmağa çağırıb.

Şəhərdə 80 min əhali yaşayır.

Helmand əyalətində aparılan əməliyyata 15 minədək Əfqanıstan və koalisiya əsgəri cəlb olunub.

Bu 2001-ci il Əfqanıstan müharibəsindən bu yayana ən böyük əməliyyat hesab olunur.


XS
SM
MD
LG