Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:05

Kərzai itkidən qaçmağa çağırıb


Əfqanıstan prezidenti Həmid Kərzai Talibana qarşı irimiqyaslı əməliyyata başlamış birləşmiş qüvvələri dinc sakinlər arasında itkidən qaçmağa çağırıb.

O həmçinin talibançıları silahı yerə qoymağa çağırıb.

Əməliyyat Helmand əyalətindəki Marca şəhərində aparılır.

Məlumatlara görə elə əmıliyyatın ilk saatlarında azı 5 yaraqlı öldürülüb.

Əməliyyata 15 minədək Əfqanıstan və koalisiya əsgəri cəlb olunub.

Bu 2001-ci il Əfqanıstan müharibəsindən bu yayana ən böyük əməliyyat hesab olunur.

Məlumatlara görə şəhərdə 400- 1000 aarası talibançı cəmləşib.

Şəhərdə 80 min əhali yaşayır.
XS
SM
MD
LG